BŞİH-nin keçmiş aparat rəhbərinin həbsi Asif Əsgərovu bitirəcək – Nəsimi RİH başçısını bu olayla nə bağlayır?

13:47 / 05.04.2021
1768
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra
Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev həbs edilib.
Buna səbəb BŞİH başçısının Nəsimi rayonu ərazisində
ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli
sərəncamını şəxsən imzalaması, bununla da sözügedən MTK-nın həmin ərazidə
1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət
tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı
fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin
qanunsuz olaraq söküntüsünə başlaması, habelə tikinti və söküntü işlərinin
aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olması olub.
Belə olan halda isə Nəsimi RİH-nin də sözügedən
qanunsuz əməllərdə iştirakçılığı faktı ortaya çıxır. Maraqlıdır, Bakı Şəhər
İcra Hakimiyyəti yerli icra orqanının rəyi olmadan söküntü işləri və ya ərazidə
hər hansı əməliyyatlar apara bilərmi?
Ekspert Nəsimi rayon İcra Hakimiyyətinin məsuliyyətindən
də söz açıb: "Bu, yerli icra hakimiyyətləri ilə Bakı Şəhər İcra Hakimiyyəti
arasındakı səlahiyyət bölgüsündən asılıdır. Əgər o tikililərin sökülməsinə daha
yuxarı orqan sanksiya veribsə, qanuni və ya qanunsuz, bu halda, Nəsimi rayon
İcra Hakimiyyəti məsuliyyət daşıya bilməz. Amma yox, özləri edirsə, əlbəttə, məsuliyyət
daşıyırlar”.
Sfera.az-ın məlumatına görə, həmçinin "Yerli
icra hakimiyyətləri haqqında Əsasnamə”də yerli icra hakimiyyəti başçısının səlahiyyətləri
müəyyən edilib.
Əsasnamənin 4-cü müddəasının 11-ci bəndində başçının "Təmir-tikinti, memarlıq və şəhərsalma
sahələri”ndəki səlahiyyətləri qeyd
olunub. Həmin uyğun bəndləri təqdim
edirik:
4.11.7. məhəllədaxili ərazilərdə və
meydanlarda mühəndis qurğularının quraşdırılmasına icazə vermək;
4.11.10. tikinti layihələrinin, habelə tikilməkdə
olan obyektlərin, torpağı, hava və su hövzələrini çirkləndirən müəssisələrin (təşkilatların)
işinin ekoloji ekspertizasının keçirilməsini tələb etmək, ekspertizanın nəticələri
mənfi olduqda, layihələrin yenidən işlənilməsi, müvafiq obyektlərin
tikintisinin dayandırılması ilə bağlı aidiyyəti dövlət orqanları qarşısında məsələ
qaldırmaq;
4.11.11.4. tikinti üçün sənədlərin tərtibatı və
ya memarlıq obyektinin inşası zamanı müəllifin razılığı ilə memarlıq layihəsinə
edilən dəyişikliklər memarlıq-planlaşdırma tapşırığının tələblərindən və ilkin
razılaşdırma layihəsindən kənara çıxdıqda, bu dəyişiklikləri təsdiq etmək;
4.11.16. "Tarix və mədəniyyət abidələrinin
qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq,
müvafiq ərazidə ("İçərişəhər” Dövlət Tarix-Memarlıq və "Qala” Dövlət
Tarix-Etnoqrafiya qoruqlarının, Azərbaycan Respublikası Dövlət Turizm
Agentliyinin tabeliyindəki dövlət qoruqlarının əraziləri istisna olmaqla) tarix
və mədəniyyət abidələrinin təsdiqlənmiş siyahıdan çıxarılması barədə Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi ilə birgə təklif vermək, subyektlərə tarix
və mədəniyyət abidələri yerləşən ərazidə torpaq və ya inşaat işləri görülməsinə
icazə vermək və belə icazə verildikdən sonra həmin subyektlərə abidələrin
qorunması barədə göstərişlər vermək, yerli əhəmiyyətli abidələrin köçürülməsinə
icazə vermək.
Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin
308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və
314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma
işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə
ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib. Hazırda cinayət işi üzrə
intensiv istintaq tədbirləri davam etdirilir.
İnci
Sfera.az