Bu ölkədə “Sputnik V” ilə peyvənd olunanlara pasport verilməyəcək

Bu ölkədə  “Sputnik V” ilə peyvənd olunanlara pasport verilməyəcək
Estoniya hökuməti Rusiya istehsalı "Sputnik V” koronavirus peyvəndi ilə vaksinasiya olan vətəndaşlara peyvənd pasportu verməkdən imtina edib.

Sfera.az xəbər verir ki, bu barədə respublikanın sosial işlər nazinin müavini Kallo Killar açıqlama verib. O bildirib ki, dövlət yalnız Avropa tənzimləyiciləri tərəfindən təsdiqlənmiş və Avropa İttifaqında (AB) satış icazəsi almış peyvəndlərlə immunizasiyanı tanıya bilər.

"Sputnik V” bunların arasında deyil, buna görə də onu məlumat sisteminə əlavə edə bilmərik”,- deyə nazir qeyd edib.

Bununla belə Kallo Killar bu qərarın gələcəkdə Rusiya peyvəndi ilə vaksinasiya olunan vətəndaşlara beynəlxalq səyahətlərdə problemlər yarada biləcəyini etiraf edib.

Öz növbəsində, Estoniyanın sahibkarlıq və informasiya texnologiyaları naziri Andres Sutt peyvəndləmə pasportlarının Avropada 15 iyundan etibarən etibarlı olacağını bildirib. Ölkə may ayında sənədləri verməyə başlamağı planlaşdırır. Sənədin tətbiq dairəsi hələ dəqiq müəyyənləşdirilməyib, lakin vətəndaşların Avropa İttifaqı daxilindəki sərhədləri sərbəst keçməsinə imkan verə biləcəyi məlumdur.

Xatırladaq ki, daha əvvəl Estoniya Prezidenti Kersti Kalyulayd ölkədə Rusiya peyvəndinin istifadəsinə preparatın Brüsseldə təsdiqlənməsindən sonra icazə veriləcəyini açıqlamışdı. Tallinn meri Mixail Kilvart isə tənzimləyicilərin mövqeyindən asılı olmayaraq, ölkəyə dərmanı tədarük etməyə başlamağa çağırmışdı.

OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...