QMİ-dən əhaliyə Ramazan MÜRACİƏTİ: Bunları etməyin...

QMİ-dən əhaliyə Ramazan MÜRACİƏTİ: Bunları etməyin...
"Ramazan ayı bu il də pandemiya dövrünə təsadüf edəcək. Bu səbədən Ramazan ayının ayinləri karantin rejminin şəraiti nəzərə alınmaqla keçirilməlidir. Karantin rejiminin əsas şərti isə insanların təmaslarının minimuma endirilməsi və kütləvi tədbirlərdən çəkinməkdir".

Bu sözləri  Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş” məscidində imam-camaatı Hacı Şahin Həsənli bildirib.

O əlavə edib ki, Ramazan ayında insanlar əsasən iftar süfrələrinə toplaşır: "Təbii ki, qaydalar çərçivəsində ictimai iyaşə obyektlərində insanlar iftar aça bilir. Amma kütləvi şəkildə insanların qapalı yerdə toplaşması məqsədəuyğun deyil.

Tövsiyyə edirəm ki, kütləvi iftar məclislərindən insanlar çəkinsinlər və mümkün qədər təmaslarını azaltsınlar. Kütləvi iftar məclislərinə xərclənən vəsaiti isə digər xeyriyyə məqsədlərinə sərf etmək olar. Ehtiyaclı insanlara yardım etmək olar, təhsil haqqını verə bilməyən gənclərə kömək etmək olar. Digər xeyriyyə tədbirlərinə bu vəsaiti xərcləmək olar.

Bir daha tövsiyyə edərdim ki, ayinlər kütləvi şəkildə icra olunmasın. Yəqin ki, karantin rejiminin şərtlərinə uyğun olaraq dini ayinlər məscidlərdə canlı yayım vasitəsilə icra olunacaq və insanlar öz evlərindən bu ayinlərə qoşula biləcəklər.

Əgər o zamana qədər dəyişiklik olmazsa, Qədr gecəsinin ayinləri canlı yayımla icra oluna bilər. Başqa şəkildə bunların qeyd olunmasını məqsədəuyğun hesab etmirəm. Çünki bu, yoluxmaların sayını artıra bilər. Dinimiz bizə öz sağlamlığımızı, başqa insanların sağlamlığını qorumağı tövsiyyə edir. Həm dinin hökmü və sağlam ağıla əsaslanaraq bu tədbirləri geniş şəkildə qeyd etməməliyik".
 
(baku.ws)

OXŞAR XƏBƏRLƏR

Hər hərəkətin mənası var - Bədən dilinin gizli AÇIQLAMASI

Bədən dili insanın heç bir söz demədən, bədəni vasitəsilə hiss və fikirlərini ifadə etmə üsulu kimi qəbul olunur.   Sfera.az “NTV”yə isti...

Metroda böyük YENİLİK: Xətlər ayrılır, proses başladı

Bakı metropoliteninin "28 May" stansiyasında kəsişərək birləşən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsi Bakının nəqliyyat sisteminin infrastruktu...

Pul, romantika və...- Bu gün bürcləri nə gözləyir?

Bu gün səhər Günəş ilə Yupiter arasında yaranan 60 dərəcəli bucaq nikbinlik, cömertlik və özünə inamı artırır. İctimai münasibətlərdə harmoniya və fürsətlər üçü...

Hərbçimizin minaya düşərək həlak olması ilə bağlı cinayət işi AÇILDI

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli hərbi prokuro...

Bakının mərkəzi bahar çələnginə büründü: Lalələr şəhərə rəng qatır - FOTOLAR

Baharın gəlişi ilə paytaxt Bakıda yenidən rəngarənglik yaranıb. Son günlər şəhər sakinləri və turistlər, xüsusilə də gənclər və ailələr Fəvvarələr meydanı, Dəni...

Bakıda manyak peyda oldu - Məktəbli qızlara...

Qaraçuxurda manyak peyda olub.   Sfera.az xəbər verir ki, bu barədə jurnalist Gülşən Raufqızı sosial şəbəkədə məlumat yayıb:   &...