Təhsil Nazirliyindən bağçaların bağlanması ilə bağlı məsələyə MÜNASİBƏT

Təhsil Nazirliyindən bağçaların bağlanması ilə bağlı məsələyə MÜNASİBƏT
Azərbaycanda bağçaların bağlanması məsələsi ilə bağlı böyük ziddiyyət yaranıb.

Sfera.az  xəbər verir ki, Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəkidə məktəblərin aprelin 5-də bağlanacağı haqqında qərar verilən gün Təhsil Nazirliyi bağçaların işləyəcəyini açıqladı.

Təhsil naziri Emin Əmrullayevin aprelin 3-də "Facebook" səhifəsində "Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən bağçaların bağlanmayacağını və fəaliyyətlərini davam etdirəcəyini demişdi. Lakin sonradan icra hakimiyyətləri bağçaların bağlanması barədə bildirdilər.

Bağçaların da məktəblər kimi aprelin 5-dən fəaliyyətini dayandıracağı ilə bağlı məlumatı Bakı Şəhər İcra Hakimiyyəti təsdiqlədi.

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov da məsələyə aydınlıq gətirə bilməyib. Qurum rəsmisi bildirib ki, hələlik məsələ qaranlıq olaraq qalıb.

"Bağçalarla bağlı qısa müddət ərzində təfərrüat tam aydın olacaq”.

OXŞAR XƏBƏRLƏR

WSJ: Amazon anbarlarında insanlardan çox robot olacaq

Texnologiya nəhəngi “Amazon”un anbarlarında istifadə olunan robotların sayı tezliklə orada işləyən insanların sayını keçə bilər.   Sfera....

17 yaşlı oğlan kanalda batdı

Ağcabədidə 17 yaşlı oğlan kanalda batıb.    Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Qarabağ kanalının rayonun ...

Dövlətə xəyanət ittihamı ilə həbs olundu

Azərbaycan vətəndaşı İsmiyev Elnur Tahir oğlu dövlətə xəyanət ittihamı ilə həbs olunub.   Sfera.az-ın məlumatına görə, E.İsmiyev Dövlət Təhlükəsizliy...

Qətlə yetirilən qardaşların cənazəsi dəfn üçün Ağcabədiyə gətirildi

Rusiyanın Yekaterinburq şəhərində qətlə yetirilən qardaşlar Ziyəddin və Hüseyn Səfərovların cənazəsi dəfn üçün səhər saatlarında Ağcabədiyə gətirilib.  ...

Azərbaycanda karantin rejiminin uzadılması qərarı qüvvəyə minib - BU GÜNDƏN

Bu gündən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı yeni qərar qüvvəyə minib.   Sfera.az xəbər verir ki, Baş na...

İlon Mask ölkədə yeni siyasi partiya yaratmağa çağırıb

Amerikalı milyarder İlon Mask ABŞ prezidenti Donald Trampın hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini tənqid etdiyini təkrarlayaraq ölkədə yeni...