Rusiya XİN-dən Əliyevlə Putinin danışıqları barədə - Açıqlama

Rusiya XİN-dən Əliyevlə Putinin danışıqları barədə - Açıqlama
"Rusiya-Azərbaycan əməkdaşlığı bütün istiqamətlərdə tədricən inkişaf edir”.

Sfera.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Rusiya diplomatik əlaqələrinin qurulmasının 29-cu ildönümü münasibətilə feysbuk səhifəsindəki paylaşımda bildirilib.

Qeyd olunub ki, Azərbaycan Rusiyanın mühüm və strateji tərəfdaşıdır və bunu ən yüksək siyasi səviyyədə ikitərəfli təmasların statistikası təsdiqləyir. Keçən dövrdə Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif formatlarda 100-dən çox danışıqlar aparıb. Hökumət xətti boyunca parlamentlər, müvafiq nazirliklər və idarələr səviyyəsində aktiv işlər aparılır ki, bu da Cənubi Qafqazda və Xəzər regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir.

"Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə iqtisadi komponentə aiddir. Birgə iş sahələrimiz və üst-üstə düşən çox maraqlarımız var”,- deyə Vladimir Putindən sitat gətirilib.

İki dövlətin xarici işlər nazirləri arasında əlaqələrin də müntəzəm olduğu qeyd olunub. Belə ki, bu il Sergey Lavrov və Ceyhun Bayramov arasında üç telefon danışığı baş tutub. Qeyd olunub ki, bugünə qədər iki ölkə arasında 150-dən çox beynəlxalq hüquqi akt imzalanıb.
 

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Sabah bu ərazilərdə işıq olmayacaq

Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində 3 iyul tarixində təmir işi aparılacaq.   Sfera.az xəbər ver...

Türkiyədə şəxsi təyyarə qəzaya düşdü - İtkinlər var

Türkiyənin Bayburt-Ərzurum sərhədində şəxsi təyyarə qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu haqda “TRT Haber” məlumat yayıb. &nb...