Qayıq gəmi ilə toqquşdu, 17 nəfər itkin düşdü

Dünya
16:00 / 04.04.2021
1662
İndoneziya sahillərində balıqçı qayığı gəmi ilə toqquşub.
Sfera.az xəbər verir ki, hadisə nəticəsində qayıqda olan 17 nəfər itkin düşüb.
Agentliyin məlumatına görə, qəza zamanı balıqçı qayığında 32 nəfər olub. Qayıqdakı 15 nəfəri xilas etmək mümkün olub.
Hazırda itkin düşənlərin axtarışı üzrə əməliyyat aparılır.