COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi

COVAX Azərbaycana vaksinlərin ilk partiyasını göndərdi
Azərbaycanda koronavirus əleyhinə istifadə olunması üçün Cənubi Koreyadan 84 000 doza COVAX platforması çərçivəsində "Vaxzevria” (əvvəlki adı "AstraZeneca”) vaksini gətirilib.

Sfera.az "Report"a istinadən xəbər verir ki, vaksini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Vaksini gətirən şəxsləri TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, BMT, ÜST nümayəndələri qarşılayıb.

Qeyd edək ki, ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza "Vaxzevria” vaksininin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza "Pfizer-BioNTech” vaksini gətiriləcək.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” peyvəndi ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən 1 milyona yaxın insan peyvəndlənmə prosesində iştirak edib. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır.

OXŞAR XƏBƏRLƏR

Bu ay üç bürcün gəliri və vəzifəsi ARTACAQ

Aprel ayı bəzi bürclərin ayağını yerdən üzəcək. Sakit-sakit işini görənlər birdən diqqət mərkəzinə düşəcək, “mənim nə günahım var ki, bu qədər uğurluyam&r...

İmmunitetin bədənə hücumu: 5 məşhur autoimmun xəstəlik

Autoimmun xəstəliklər XX və XXI əsrin ən sirli xəstəliklər qruplarından biri olaraq qalır. Onlar bədənin öz toxumalarını yad kimi qəbul etməyə və onlara hücum e...

6 saatdan az yatmağın təhlükəli nəticələri açıqlanıb

Avropa Tibb Mərkəzinin (EMM) funksional diaqnostik həkimi və nevroloqu Aleksandr Şçeluxin yuxusuzluğun gətirə biləcəyi fəsadları adlandırıb.   Sfera....

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 10:00-dan...

Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində q...

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

Mövsümündən tez yetişən meyvələr artıq piştaxtaları bəzəməyə başlayıb.   Sfera.az Baku TV-yə istinadla xəbər verir ki, bu meyvələrin qiyməti olduqca ...

Rusiyada qasırğa: 75 mindən çox insanı işıqsız qaldı

Rusiya Federasiyasının Krasnoyarsk diyarının 75 mindən çox sakini bir gün əvvəlki qasırğa səbəbindən işıqsız qalıb. Regionda 379 sosial obyektin də elektrik ene...