Vaksin olunan prezident koronavirusa YOLUXDU

Dünya
13:15 / 03.04.2021
1335
Argentina prezidenti Alberto Fernandez
yüngül qızdırma və baş ağrısı şikayətləri səbəbilə etdirdiyi koronavirus
(COVID-19) testinin müsbət olduğunu açıqlayıb.
Qeyd edək ki, 62 yaşlı Alberto Fernandez
bu ilin yanvarın 21-də COVID-19 peyvəndinin ilk dozasını qəbul edib. Onu da
bildirək ki, bundan əvvəl Pakistan
prezidenti Arif Alvi də yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd edildikdən
10 gün sonra virusa yoluxmuşdu.
Əzizə
Sfera.az
Sfera.az xəbər vedir ki, ölkə başçısı bu
barədə "Twitter” hesabında yazıb:
"Bu gün 37.3 qızdırmam var idi və yüngül
başağrısı hiss etdikdən sonra verdiyim antigen testi müsbət çıxdı. PCR test nəticələrini
gözləsəm də, özümü karantinə alaraq mövcud protokolları izləyirəm və həkimimin
göstərişlərinə əməl edirəm”.
Son 48 saat ərzində təmasda olduğu insanlarla
danışan Fernandez, "Fiziki cəhətdən yaxşıyam, ad günümü bu xəbər olmadan bitirmək
istəsəm də, əhval-ruhiyyəm yaxşıdır. Bu gün doğum günümü xatırlayaraq mənə göstərilən
sevgi nümayişi üçün təşəkkür edirəm”, - deyə əlavə edib.
Əzizə
Sfera.az