Rövnəq Abdullayev Vizerlə görüşdü – FOTO

Rövnəq Abdullayev Vizerlə görüşdü – FOTO
Antalyada Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer arasında görüş keçirilib.

Sfera.az xəbər verir ki, görüşdə Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər barədə İJF rəhbərliyinə ətraflı məlumat verilib. Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü R.Abdullayev idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

 

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan idmançılarının mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq "Böyük dəbilqə” turnirlərində medallar qazandığını diqqətə çatdırıb.

 

Səmimi görüşə görə minnətdarlığını bildirən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib.


O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən İJF prezidenti Bakıda ənənəvi "Böyük dəbilqə” yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

 

Görüşdə ACF və İJF arasında mövcud olan səmərəli əməkdaşlıq və pandemiya dövründə cüdonun davam etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Mövcud vəziyyətin müxtəlif turnirlərin keçirilməsinə və cüdo idman növünün sabitliyinin təmin olunmasına təsiri, bu istiqamətdə həyata keçirilən tədbirlər ətraflı müzakirə olunub.


OXŞAR XƏBƏRLƏR

Bu ay üç bürcün gəliri və vəzifəsi ARTACAQ

Aprel ayı bəzi bürclərin ayağını yerdən üzəcək. Sakit-sakit işini görənlər birdən diqqət mərkəzinə düşəcək, “mənim nə günahım var ki, bu qədər uğurluyam&r...

İmmunitetin bədənə hücumu: 5 məşhur autoimmun xəstəlik

Autoimmun xəstəliklər XX və XXI əsrin ən sirli xəstəliklər qruplarından biri olaraq qalır. Onlar bədənin öz toxumalarını yad kimi qəbul etməyə və onlara hücum e...

6 saatdan az yatmağın təhlükəli nəticələri açıqlanıb

Avropa Tibb Mərkəzinin (EMM) funksional diaqnostik həkimi və nevroloqu Aleksandr Şçeluxin yuxusuzluğun gətirə biləcəyi fəsadları adlandırıb.   Sfera....

Əhaliyə XƏBƏRDARLIQ: Bu gün saat 10:00-dan...

Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində siyirtmənin yararsız olduğunu nəzərə alaraq yenisi isə əvəz olunması, Yasamal rayonu, Landau küçəsində q...

Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr

Mövsümündən tez yetişən meyvələr artıq piştaxtaları bəzəməyə başlayıb.   Sfera.az Baku TV-yə istinadla xəbər verir ki, bu meyvələrin qiyməti olduqca ...

Rusiyada qasırğa: 75 mindən çox insanı işıqsız qaldı

Rusiya Federasiyasının Krasnoyarsk diyarının 75 mindən çox sakini bir gün əvvəlki qasırğa səbəbindən işıqsız qalıb. Regionda 379 sosial obyektin də elektrik ene...