ABŞ Konqresinin binasına hücum – 1 polis həyatını itirdi

Dünya
10:57 / 03.04.2021
1129
ABŞ Konqresinin binasına hücum təhlükəsi
səbəbilə giriş və çıxışlar bağlanaraq təhlükəsizlik tədbirləri artırılıb.
Hadisə ilə əlaqədar olaraq Senat və
Nümayəndələr Palatasındakı iclaslar dayandırılıb.
Sfera.az xəbər verir ki, buna səbəb
Konqres binası qarşısındakı barrikadaya bir avtomobilin sürətlə çırpılması,
daha sonra sürücünün mühafizə polislərinə bıçaqla hücum etməsi göstərilib.
Hücum nəticəsində sürücü ilə birlikdə,
onun yaraladığı 2 polisdən biri xəstəxanada həyatını itirib.
ABŞ Konqresinin Polis Departamenti hadisənin
terrorla əlaqəli olmadığını açıqlayıb.
İnci
Sfera.az