Putinin Rusiyadakı reytinqi AÇIQLANDI

Dünya
16:30 / 02.04.2021
1136
Rusiya əhalisinin 65,2 faizi ölkə prezidenti Vladimir Putinə etimad göstərir.
Sfera.az-ın məlumatına görə, bu, rəy sorğusunun nəticələri əsasında məlum olub.
Rəyi soruşulanların 30,3 faiz prezidentə etimad göstərmədiyini deyib.
Bundan başqa, respondentlər Rusiyada müxtəlif siyasətçilərin fəaliyyətindən razı qalıb-qalmamaları barədə sualı cavablandırıb.
Sorğu zamanı respondentlərin 61,2 faizi V.Putinin fəaliyyətindən razı qaldığını bildirib.