Paşinyan Putinlə görüş öncəsi özünü təcrid etdi

12:13 / 02.04.2021
683
Ermənistan Baş naziri Nikol Paşinyan aprelin 7-də
Vladimir Putinlə Moskvada planlaşdırılan görüşündən əvvəl özünü təcrid edib.
Sfera.az-ın məlumatına görə, bu barədə RİA Novosti-yə
Ermənistan Baş nazirinin mətbuat katibi Mane Gevorkyan məlumat verib.
Mətbuat katibi həmçinin bildirib ki, "Şəxsi qəbul
və sosial tədbirlər istisna olmaqla, baş nazir işlərini planlaşdırılmış gündəmə
əsasən qurur."
Daha əvvəl Paşinyan növbədənkənar parlament seçkilərinin
keçirilməsi üçün aprel ayında formal olaraq istefa verəcəyini söyləmişdi. Səsvermə
iyunun 20-nə planlaşdırılıb. Yeni hökumət
qurulana qədər Paşinyan Nazirlər Kabinetinə rəhbərlik etməyə davam edəcək.
Ermənistanın baş naziri Nikol Paşinyanın istefa vermək
qərarını şərh edən RF prezidentinin mətbuat katibi Dmitri Peskov bu məsələnin təxirəsalınmaz
müzakirəsinə ehtiyac olmadığını bildirmişdi.Kreml sözçüsü həmçinin qeyd etmişdi
ki, Ermənistan lideri ilə mütəmadi danışıqlar aparılır.
Xatırladaq ki, Paşinyan Dağlıq Qarabağda atəşkəs barədə razılaşma sənədini imzaladıqdan sonra, yəni noyabr ayından onun istefası tələb edilir. İrəvan
və Bakının Rusiyanın vasitəçiliyi ilə imzaladığı bu sənədə uyğun olaraq, Ermənistan
Kəlbəcər, Laçın və Ağdam bölgələrini Azərbaycana təhvil verdi, təmas xətti və Qarabağı Ermənistanla birləşdirən
Laçın dəhlizi boyunca isə Rusiya sülhməramlıları və yerləşdirildi.
Selcan
Sfera.az