Peyvənd olunmayanlar buna görə peşman olacaq - Sərt karantin tətbiq olunacaqsa...

Peyvənd olunmayanlar buna görə peşman olacaq - Sərt karantin tətbiq olunacaqsa...
Yoluxma sayının kəskin artması karantin qaydalarının sərtləşdirilməsi məsələsini aktual edir. Sərt karantin müddətində isə vaksin olunmuş şəxslərə güzəştlərin tətbiq ediləcəyi bildirilir.

Maraqlıdır, virusa əvvvəllər yoluxmuş şəxslərə də hansısa güzəşt tətbiq edilə bilərmi?

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim infeksionist Vüqar Cavadzadə vaksin olunmuş şəxslərlə bərabər xəstəliyə yoluxan şəxslərə də güzəşt edilə biləcəyini vurğulayıb:

"Sərt karantin tədbirləri tətbiq olunarsa iki dəfə koronavirus əleyhinə vaksin olunmuş şəxslərə güzəşt təbiq edilə bilər. Bundan əlavə son 5-6 ay ərzində sözügedən xəstəliyə yoluxub sağalan şəxslərə də güzəşt olunması mümkündür. Çünki bu insanlarda da koronavirus əleyhinə immunitet formalaşıb. Vaksinasiya o səbəbdən olur ki, insanda təbii immunitet yaransın. Yoluxub sağalmış insanlarda da təbii immunitet formalaşmış olur. Lakin güzəştlərin xəstəliyi keçirən və rəsmi qeydiyyata alınan şəxslərə tətbiq olunması daha düzgündür".
 
Sfera.az
Əzizə Zeynal
 

OXŞAR XƏBƏRLƏR