Ruslar pandemiyadan sonra da maska taxacaqlar - Akademik

Dünya
21:32 / 01.04.2021
968
Rusiya Dövlət Dumasının deputatı, "Rospotrebnadzor"un keçmiş rəhbəri Gennadi Onişenko hesab edir ki, ruslar pandemiyadan sonra da maska taxmaqdan imtina etməyəcəklər.
Sfera.az xəbər verir ki, akademikin fikrincə, qoruyucu maska taxmaq mədəniyyət elementinə çevrilir.
"Hər yaz və payızda bizdə qrip yayılır. Onda da maska taxmaqdan imtina edəcəksinizmi? Bu bizim mədəniyyətimizin bir elementi olmalıdır",- deyə Onişenko mətbuat konfransında bildirib.
Rusiyalı deputat qeyd edib ki, əgər metro fəaliyyət göstərməsəydi, Moskvada epidemiya proseslərinin intensivliyi daha aşağı olardı.
(Azvizion.az)