“İskəndər” raketinin düşdüyü yerdən - VİDEO

“İskəndər” raketinin düşdüyü yerdən - VİDEO
REAL TV-nin rəhbəri Mirşahin Ağayev Şuşada "İskəndər” raketinin düşdüyü ərazidə olub.
 
Sfera.az xəbər verir ki, televiziya rəhbəri Şuşada  ANAMA nümayəndəsi Qadir Namazəliyevlə söhbətləşib.

Q. Namazəliyev bildirib ki,  ANAMA yanvar ayından Şuşa şəhərində və ətraf ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını həyata keçirir:

"Bu təmizlənmə əməliyyatları ilk öncə şəhərin içərisində davam etdirildi. Martın 15-də  hazırda dayandığımız ərazidə maraqlı bir detala rast gəldik. Hansı ki həmin detalla rastlaşmamışdıq. Araşdırandan sonra məlum oldu ki, bu hansısa raketin hissəsidir.  Ancaq baxış zamanı biz onda hansısa yazı aşkar edə bilmədik. Yazı olmadan da heç bir rəy söyləmək olmur. Bundan sonra biz yenə əməliyyatlarımızı davam etdirdik.  Daha sonra şəhərin digər hissəsində əlavə olaraq həmin detaldan aşkarladıq. Yenə də bu bizə heç nə vermədi. Üstündən 2-3 gün  keçəndən sonra biz həmin detalın quyruq hissəsini aşkarladıq. Quyruq hissəsində qeydlər və yazılar var idi. Həmin yazılarda da 9M723 yazısı var idi. Araşdıranda sonra məlum oldu ki, bu "İskəndər” raketidir.  Beləliklə, bu raketin Şuşa şəhərinə düşməsi rəsmən təsdiqləndi”.

Daha sonra M. Ağayev ANAMA nümayəndəsiylə birgə hadisənin baş verdiyi 2-ci və 3-cü ocaqlara həmçinin partlayış baş verən əraziyə da baş çəkib. Q. Namazəliyev bildirib ki, "İskəndər” kompleksində iki raket olur. Onlardan biri atıldıqdan sonra 1 dəqiqə sonra ikincisi start götürür: " Biz də Şuşa şəhərində iki gövdə tapmışıq.  İkinci quyruq və ikinci krater  hələ aşkarlanmayıb.  Ancaq axtarışlarımız davam edir”.

OXŞAR XƏBƏRLƏR

Ancelina Coli bu ətiri vurur - FOTO

Ancelina Coli - sadəcə bir ulduz deyil, əsl əfsanədir! Onun seçdiyi ətirlər adi flakonlar deyil, xatirələrin və duyğuların eliksiridir. Məşhur aktrisa ətir seçə...

Bahalaşma olacağından qorxan alıcılar “Apple” mağazalarında izdiham yaratdı

ABŞ-da “iPhone” ətrafında tələskənlik yaranıb. Alıcılar prezident Donald Trampın tətbiq etdiyi yeni tariflər səbəbindən mümkün qiymət artımları ehti...

Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri Azərbaycan göstərilir

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında doğum yeri kimi Azərbaycan Respublikasının yazılması ilə bağlı məqama aydınlıq gətirib. ...

Xərçəngdən qorunmaq üçün bu meyvəni yeyin

Çiyələk yay aylarının ən məşhur və təravətləndirici meyvələrindən biri olmaqla yanaşı, həm də sağlamlıq üçün sayısız faydaları var. Son dövrlərdə aparılan tədqi...

Görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib

Azərbaycan səhnə danışığı sənətinin banilərindən olan görkəmli pedaqoq, alim Əzizağa Quliyev dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə ...

Qaçırılan qız var-dövlətinə görə Murtuza ilə ailə qurub?

Baku TV-nin "Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.   Sfera.az xəbər verir ki, proqramda müəllif və aparıcı Arzu Kəlbi Nərm...