Azərbaycanla Türkiyə arasında əlaqələr müzakirə edilir
19:18 / 01.04.2021
1197
Türkiyənin ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan-Türkiyə iqtisadi və ticarət əlaqələri müzakirə edilir.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
O qeyd edib ki, ölkələr çoxşaxəli biznes əməkdaşlığını daha da genişləndirmək niyyətindədir.