\"Rusiyanın Donbassa irimiqyaslı hücum edəcəyinə inanmıram\" - AŞPA vitse-prezidenti

\
"Ermənistanın ATƏT və təşkilatın Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsini bloklaması dünən (31 mart) aradan qaldırılıb. Bu yaxşı bir şeydir. Səhv etmirəmsə, Ermənistan da bu qərarla razılaşdı”

Sfera.az xəbər verir ki, Bbu sözləri Bizim.Media ilə eksklüziv müsahibəsində AŞPA-nın vitse-prezidenti, Ukrayna Ali Radasının deputatı Aleksandr Merejko səsləndirdi. 

- İrəvanın Kiyevə qarşı bu cür düşmənçilik mövqeyi nə ilə bağlıdır? 

- Ermənistan Ukrayna ilə rəsmən düşmənçilik etmir. Problem ondandır ki, İrəvan siyasi və iqtisadi cəhətdən Rusiyadan asılıdır.

- Biz istərdik ki, Ermənistanın Kremldən asılılığı sona çatsın. Bununla da İrəvan Azərbaycan və Türkiyə ilə normal, mehriban qonşuluq əlaqələri qursun. Ermənistanın Azərbaycan və Türkiyə ilə əməkdaşlıqdan daha çox fayda görəcəyini düşünürəm. Nəinki Rusiya asılılığından...

- Ümumiyyətlə, Donbassla bağlı Ukraynanın planları nədir və müharibə proqnozları realdırmı?

- İlhaq olunan Ukrayna ərazisində situasiya gərgindir. İşğalçı qoşunlar səssizliyi, stabilliyi pozmaq üçün provokasiyalarını davam etdirirlər. Buna rəğmən Rusiyanın Donbassa irimiqyaslı hücum edəcəyinə inanmıram.

Çünki Ukrayna silahlı qüvvələri belə hərbi əməliyyatların qarşısını almaq üçün kifayət qədər güclüdür və müvafiq resurslara sahibdir. Bundan əlavə, Moskva qərb ölkələrinin reaksiyasından qorxur. Kreml Minsk razılaşmalarını pozduğu halda Rusiyaya qarşı sanksiya təzyiqləri arta bilər.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...