Misirdən gəmi şirkətinə təzminat davası - 1 milyard dollar

Dünya
17:48 / 01.04.2021
917
Misir Süveyş kanalını
bağlayan şirkətdən 1 milyard dollar təzminat istəyir.
Sfera.az xəbər verir ki, Kanal İdarəsi tərəfindən 6 gün ərzində saya oturan gəmini can itkisi və gəmi avadanlığına ziyan dəymədən xilas edildiyini söyləyən Süveyş Kanalı Administrasiyasının rəhbəri Osama Rabiyə qurumun bir gündə milyonlarla dollar pul itirdiyini bildirib.
O, "Ever Given" konteyner gəmisinin vurduğu maliyyə zərərinin ödənilməsi üçün gəminin məxsus olduğu şirkətdən ən azı 1 milyard dollar təzminat tələb edəcəklərini açıqlayıb.
Osama Rabiyə bu məbləğin 6 gün ərzində meydana gələn ziyanın miqyasını təyin etmək yaradılan komissiya tərəfindən hesablama altında olduğunu bildirib və zərərin 1 milyardı aşacağını sözlərinə əlavə edib.
Sfera.az
İnci