Baydenin oğlunun kitabındakı şok etiraflar – Narkotika aludəçiliyi, Trampla bağlı peşmanlıq, üzə tuşlanan silahlar...

Dünya
17:41 / 01.04.2021
957
ABŞ prezidenti Baydenin oğlu Hanter Bayden həyatı ilə bağlı rezonans doğuran açıqlamalarla gündəmə gəlib.
Sfera.az xəbər verir ki, Hanter Baydenin öz həyatı haqqında yazdığı "Gözəl şeylər" adlı kitabın bir hissəsini "Washington Post” ələ keçirib.
Kitabda Hanter narkotika, içki aludəçiliyi və Ukraynada çalışarkən əldə etdiyi gəlirin çox hissəsini bunlara xərcləməsindən yazıb.
"Sadəcə 5 il ərzində 20 il davam edən evliliyim dağıldı, üzümə silahlar tuşlandı, bir müddət ortadan yox oldum. 59 dollar verib oteldə qaldım və ailəmi özümdən daha çox qorxutdum", - deyə Hanter kitabda qeyd edib.
O, bundan əlavə "Şans verilsəydi, prezident Donald Trampın ilk impiçment işinin mərkəzində olan qaz şirkətinin idarə heyətinə yenidən daxil olmazdım, amma oradakı işimdə yalnış olmayıb", - deyə vurğulayıb.
Xatırladaq ki, Hanter Bayden hələ ötən ilin noyabr ayında qalmaqallı iş məsələsi ilə gündəmə gəlmişdi. O, Ukraynanın "Burisma” qaz şirkətindən qazandığı təxminən 400 min ABŞ dolları vergi bəyannaməsində göstərməmişdi.
Əzizə Zeynal
Sfera.az