Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

Ali təhsilin magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı
Nazirlər Kabineti "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatı”nda və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarlarında dəyişiklik edib.

Sfera.az  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda deyilir ki, Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğunun geniş vüsət alması, bazar iqtisadiyyatı münasibətlərinin mövcudluğu, cəmiyyətin həyatında irimiqyaslı islahatların həyata keçirilməsi iqtisadiyyat və xidmət sahələrinin, o cümlədən ekologiya, rəqəmsal və elektron ticarətin, optimal idarə etmənin, kompüter elmləri və texnologiyalarının, nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi, informasiya təhlükəsizliyinin gücləndirilməsi, ağıllı şəhər və kəndlərin layihələndirilməsi və idarə olunması üçün tədbirlərin görülməsini zəruri edir. Bununla əlaqədar, qeyd olunan sahələrin müxtəlif problemlərini tədqiq edə biləcək magistrlərin hazırlığına ciddi ehtiyac yaranıb.

Qeyd olunanları, ali təhsil və müvafiq istehsalat müəssisələrinin müraciətlərini nəzərə alaraq, Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nın Hüquqşünaslıq ixtisasına "Ekologiya hüququ”, Kommersiya ixtisasına "Elektron kommersiya”, Riyaziyyat ixtisasına "Aktuar riyaziyyat”, Kompüter elmləri ixtisasına "Kompüter elmləri və texnologiyaları”, Nəqliyyatda daşımaların və idarəetmənin təşkili mühəndisliyi ixtisasına "Logistika və nəqliyyat”, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasına "Kibertəhlükəsizlik”, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi ixtisasına "Şəhər infrastrukturunda smart texnologiyalar” ixtisaslaşmaları, eləcə də Təsnifata yeni "Şəhərsalma” ixtisası və onun ”Dayanıqlı şəhərsalma və region planlaşdırılması” ixtisaslaşması əlavə edilib.

OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...