Rusiyada bu peyvənd iki dəfə ucuzlaşdı

Rusiyada bu peyvənd iki dəfə ucuzlaşdı
Rusiya Federal Antiinhisar Xidməti "EpiVacCorona” koronavirus peyvəndinin qiymətini yarıbayarı azaldıb.
 
Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Novosibirsk Elmi Virologiya və Biotexnologiya Mərkəzi "Vektor” tərəfindən hazırlanan preparatın qiyməti 9541 rubldan 4210 rubla endirilib.

Preparat 10 ampulalıq qablaşdırmada satılacaq.

Qeyd edək ki, "EpiVacCorona” Rusiyada qeydiyyata alınan üç peyvənddən biridir. Mart ayının əvvəlindən etibarən vaksinin yaşlı şəxslərə vurulmasına icazə verilib. "Vektor” mərkəzinin qrip şöbəsinin müdiri Aleksandr Rıjikov "EpiVacCorona”nın yaratdığı immunitetin koronavirusun bilinən bütün mutasiyalarına qarşı təsirli olduğunu bildirib.

Aysel
Sfera.az

OXŞAR XƏBƏRLƏR