Əhalinin Nəzərinə! Tibbi sığortadan yararlanmaq üçün BUNLARI ETMƏLİSİNİZ

Əhalinin Nəzərinə! Tibbi sığortadan yararlanmaq üçün BUNLARI ETMƏLİSİNİZ
Aprelin 1-dən etibarən Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan əhali icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2550 sayda tibbi xidmətdən istifadə edəcək.

Sfera.az xəbər verir ki, baku.ws icbari tibbi sığortadan yararlanmaq istəyən vətəndaşların hansı proseduru keçməli olduğunu araşdırıb.

İlk növbədə aprelin 1-dən etibarən təcili və təxirəsalınmaz tibbi yardım istisna olmaqla, vətəndaşlar səhhətində yaranan narahatlıqla bağlı ilk növbədə ailə həkiminə müraciət edilməlidir. İlkin səhiyyə müəssisələrinə poliklinika, Ailə Sağlamlıq Mərkəzi və həkim tibb məntəqələri aiddir.
Daha sonra bu müəssisələrdə çalışan ailə həkimləri xəstəni müalicə və müayinə edirlər. Ehtiyac olduqda diaqnostik müayinələrin aparılması üçün göndəriş vərəqəsi ilə təmin edirlər.
Xidmətlər zərfinə bunlar daxildir:

İlkin səhiyyə xidməti
Təcili və təxirəsalınmaz tibbi yardım xidməti
İxtisaslaşdırılmış ambulator yardım xidməti
Laboratoriya
Fizioterapiya
Stasionar tibbi xidmətlər
Xidmətlər zərfində olan, lakin TƏBİB-in nəzdindəki tibb müəssisəsində göstərilməsi mümkün olmayan tibbi xidmətlər üçün göndəriş vərəqəsi verilir. Bu vərəqənin etibarlılıq müddəti 10 iş günüdür və həmin vərəqə TƏBİB-in nəzdindəki tibb müəssisəsi tərəfindən verilir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində göndəriş vərəqəsi ilə tibbi xidmət almaq mümkündür.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində bu gündən tətbiq olunan icbari tibbi xidmət zamanı vətəndaşların istifadə edə biləcəyi xidmətlərin bir hissəsini təqdim edirik:

Yoluxucu xəstəliklər mənbəyində xəstə ilə təmasda olan şəxslər arasında profilaktik müayinələrin aparılması və/və ya ehtiyac yaranarsa, müvafiq ixtisas həkiminə göndərişlərin verilməsi
Uroloqun müayinəsi USM ilə
Ginekoloqun müayinəsi USM ilə
Göz yaşı kanalının açılması, uşaqlarda
Doğuşa əllə yardım - Normal doğuş
Klassik qeysəriyyə kəsiyi əməliyyatı (qeysəriyyə kəsiyi əməliyyatı və dölün çıxarılması)
Epilepsiya əməliyyatı materialı müayinəsi
Onurğa beyni strukturlarında digər bərpa xarakterli və plastik əməliyyatlar
Qaraciyər koması ilə ağırlaşan A hepatiti
Qaraciyər koması baş vermədən müşayiət olunan delta-amilli (koinfeksiya) kəskin B hepatiti
Boyun şöbəsinin fəqərəarası disklərinin radikulopatiya ilə zədələnməsi
Fəqərə sınığının bərpası (osteosintez)
İnsulindən asılı şəkərli diabet, koma ilə
Yumurtalıqlarda aparılan diaqnostik prosedurlar (diaqnostik laparoskopiya)
Sünnət
Döl və yenidoğulmuşun, ananın alkoqollu içkilərdən istifadə etməsi ilə əlaqədar zədələnmələri
Ürək qapağı protezi ilə bağlı mexaniki mənşəli ağırlaşma
Uşaqlıq, gənclik və presenil katarakta
Qeyd edək ki, "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"nin tam siyahısına BURADAN baxa bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

"Fransa Fələstini dövlət kimi tanıyacaq" - Makron

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Fələstini dövlət kimi tanıya biləcəyini açıqlayıb. O, bu qərarın iyun ayında keçiriləcək beynəlxalq konfransda qəbul...

“Bu şəxs, sadəcə, ruhi xəstə elan edildi”- İlham Əliyev

“Əlbəttə, biz səfirliyimizə qarşı törədilmiş terror aktı kimi faciəvi hadisələri unuda bilmərik. Ancaq bu, Prezident Pezeşkianın seçilməsindən öncə baş ve...

Natəvan Bayramova vəzifədən azad edildi - FOTO

Dövlət Miqrasiya Xidmətinin mətbuat katibi Natəvan Bayramova tutduğu vəzifədən gedib.   Sfera.az Bakupost.az-a istnadən xəbər o, işdən azad olun...

Tramp geri çəkildi - "Mənim etdiyimi başqaları etməzdi"

ABŞ Prezidenti Donald Tramp əlavə gömrük rüsumlarının Çin istisna olmaqla digər ölkələrə qarşı tətbiqini 90 gün müddətinə dayandırıb. Tramp, bu qərarı insanları...

Bu bürclər gün ərzində sürprizlə qarşılaşacaq - QOROSKOP

Bu gün Ay Qız bürcündə hərəkət edir. Bu, günə yardımsevər, çalışqan, təmkinli və detal yönümlü bir enerji qatır. Gündəlik işlərə fokuslanmaq, nizam-intizam yara...

Çin ABŞ-yə səfər edən vətəndaşlarına xəbərdarlıq etdi

Çin Mədəniyyət və Turizm Nazirliyi Çin ilə ABŞ arasında iqtisadi və ticarət münasibətlərindəki gərginlik, həmçinin ABŞ-də mövcud olan təhlükəsizlik durumu ...