“Facebook” və “Instagram”dan Trampa səs qadağası

“Facebook” və “Instagram”dan Trampa səs qadağası
"Facebook” ABŞ-ın sabiq prezidenti Donald Trampın səsinə qadağa qoyub.
 
Sfera.az xəbər verir ki, Trampın gəlini Lara  sabiq prezidentin müsahibəsini "Facebook”da paylaşıb. Lakin bu platforma paylaşımı qaldırıb və Trampın səsinin yayılmaması istiqamətində qərar verib.

Lara ötən gün sosial şəbəkə hesabında paylaşımın hansı səbəbdən silinməsi ilə bağlı məktubu izləyiciləri ilə bölüşüb.

Məlumata görə, "Facebook”dan gələn elektron məktubda qeyd edilib ki, Trampın səsinin həm bu platformada, həm də "Instagram”da yayımlanması qadağandır və  bununla əlaqəli bir sıra məhdudiyyətlər olacaq.

Qeyd edək ki, bundan öncə "Facebook” 7 yanvarda Trampın hesabını bağlamışdı. Mark Zukerberq açıqlamasında "Sabiq prezidentin bu dönəmdə xidmətlərimizdən faydalanmağa davam etməsinin bir sıra riskləri ola bilər”, - deyə bildirmişdi.  Həmin dönəmlərdə Donald Trampın "Twitter” hesabı da eyni aqibətlə üz-üzə gəlmiş və "YouTube” da ona qadağa qoymuşdu.

Türkan
Sfera.az

OXŞAR XƏBƏRLƏR