Ombudsman Səbinə Əliyevanın bir illik fəaliyyəti – Siyasilərin dəyərləndirməsi
14:00 / 01.04.2021
1030
"Bir çox çətinliklərin öhdəsindən gəliblər”
Bu sözləri Sfera.az-a açıqlamasında Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Səbinə Əliyevanın bir
illik fəaliyyətini dəyərləndirərkən Milli Məclisin deputatı Fazil Mustafa söyləyib:
"Pandemiya dövründə bu qurum da digərləri kimi çətin şəraitdə fəaliyyət
göstərib. Buna baxmayaraq, həbsxanalara baş çəkiblər, müxtəlif beynəlxalq təşkilatlarla əlaqə
qurublar. Müharibə dövründə bir sıra
dağıdılmış ərazilərə baş çəkiblər. Həmçinin insan hüquqlarının qorunması
istiqamətində daha böyük işlər qarşılarına çıxıb. Bütün bunlara
baxmayaraq, Ombudsmanın fəaliyyətini qənaətbəxş
hesab edirəm. Hesab edirəm ki, çox sayda
çətinliklərin öhdəsindən gələ biliblər”.
Müsavat Partiyasının başqanı Arif Hacılı hesab
edir ki, Ombudsmanın fəaliyyətinə birmənalı qiymət vermək çətindir: "Azərbaycanda hüquqi nihilizm şəraiti hökm
sürdüyündən ombudsmanın fəaliyyətinə birmənalı qiymət vermək çətindir. Ölkədə
mövcud olan idarəçilik sistemi hər bir vəzifəli şəxs üçün müəyyən fəaliyyət çərçivəsi
cızıb və bu şəxslərin həmin çərçivədən çıxmaq imkanları yoxdur”.
"Müsbət dəyərləndirirəm”
Bu açıqlama isə deputat Azər Badamova məxsusdur:
"Son bir ildə ölkəmizdə pandemiya ilə əlaqədar
karantin tətbiq olunsa da, Ombudsman öz fəaliyyətini yeni formada qura
bildi. Müraciətlər daha çox sosial şəbəkələr vasitəsilə qəbul edildi,
buna şərait yaradıldı. Ombudsman müraciət
edənlərin müraciətlərinə operativ cavab verərək, operativ şəkildə də
araşdırıb. Məhkumluq həyatı yaşayanlarla
da görüşüb. 44 günlük müharibə dövründə
düşmənin mülki insanlarımıza vurduğu zərərləri yerindəcə öyrənərək, o
insanların yanında olub. Həmçinin, ermənilərin
insanlığa qarşı törətdiyi cinayətlər barədə beynəlxalq təşkilatları məlumatlandıraraq,
onlara müraciətlər edib. Bütün bunlar
onu deməyə əsas verir ki, son 1 ildə
Ombudsman qanunun verdiyi imkanlar çərçivəsində öz fəaliyyətini qura bilib”.
"Əvvəlki dövrlərlə müqayisədə fəaliyyəti gözəgörünəndir”
Elçin
Sfera.az