Azərbaycana 500 min doza “CoronoVAC” peyvəndi gətirildi

Azərbaycana 500 min doza “CoronoVAC” peyvəndi gətirildi
Bu gün Çindən Azərbaycana koronavirus əleyhinə vaksinin növbəti partiyası gətirilib.

Sfera.az xəbər verir ki, Çinin "SinoVac” şirkətinin istehsal etdiyi 500 min doza "CoronoVAC” peyvəndini daşıyan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanında eniş edib.

Vaksini gətirən təyyarəni Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov, Çinin Bakıdakı səfiri Qo Min və digər rəsmilər qarşılayıb.

Qeyd edək ki, aprelin 5-də Koreyadan Azərbaycana 84 000 doza "Vaxzevria” (əvvəlki adı "AstraZeneca”) vaksini gətiriləcək. Ümumilikdə mayın sonuna qədər Azərbaycana 432 000 doza "Vaxzevria” vaksinin idxalı nəzərdə tutulub. Peyvəndi İngiltərə-İsveç birgə şirkəti istehsal edib. Eləcə də 8 həftə ərzində Azərbaycana 218 790 doza "Pfizer-BioNTech” vaksini gətiriləcək.

Xatırladaq ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi "CoronoVAC” aşısı ilə COVID-19-a qarşı vaksinasiya prosesinə başlanılıb. Peyvəndləmə könüllü və dövlət hesabına aparılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata əsasən, indiyədək 547 541 nəfərə aşı vurulub.

OXŞAR XƏBƏRLƏR

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...

Qarabağ suvarma kanalınında batan yeniyetmənin meyiti tapıldı

Ötən gün Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəc...