Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var - VİDEO

Azərbaycanlı avtoritetlər arasında atışma, ölən var - VİDEO
Dünən Türkiyədə azərbaycanlı kriminal aləm üzvləri arasında atışma olub.

Sfera.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, atışma anı binalardan birindən həvəskar kamera ilə qeydə alınıb.

Atışma bir müddət öncə güllələnərək öldürülən Lotu Qulinin yaxın adamları ilə mərhum Rövşən Lənkəranskinin yaxınları kimi tanınan Naxçıvanlı Baba, "Xarkov Fuad” ləqəbli Fuad Hacızadə və digər bir kriminal aləm üzvü arasında gedib.

Nəticədə Naxçıvanlı Baba hadisə yerinə ölüb, Xarkov Fuad isə yaralanıb.

Kriminal aləmdə yayılan söhbətlərə görə, bu hücum mərhum Lotu Qulinin qohumu Maqa Rustavskinin bıçaqlanmasının qisası kimi edilib. Məlumata görə, bir müddət öncə Lənkəranskinin yaxınları Maqanı qarnından bıçaqlayaraq ağır xəsarət yetirmişdilər.

Qeyd edək ki, Naxçıvanlı Baba peşəkar cüdoçu olub və müxtəlif turnirlərdə yer tutub. Daha sonra isə kriminal aləmə qoşulub.
 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...