\"Türk dünyası Zəngəzur dəhlizi vasitəsilə birləşəcək\"

\
"Azərbaycan Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilən qeyri-formal Zirvə görüşündə çıxışı zamanı qədim Azərbaycan torpağı Zəngəzurun indi Türk dünyasının birləşməsi rolunu oynayacağını bildirib.  Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.
 
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, söhbət 1.1 tirlyon dollardan çox nominal ümumidaxili məhsulu olan Türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək dəhlizdən gedir:

"Belə ki, Türkiyə 761.4 milyard dollar, Qazaxıstan 181.7 milyard dollar,  Özbəkistan 57.9 miyard dollar, Azərbaycan 48 milyard dollar, Türkmənistan 48 milyard dollar və Qırğıxstan 8.5 milyard dollar nominal ÜDM-ə malikdirlər.  Bu isə ondan xəbər verir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirəcək. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir. Bu Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək”.

Deputat qeyd edib ki, bu, xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq:

"Dəhliz Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Ən əsası, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək”.
 
 
Günay
Sfera.az
 

OXŞAR XƏBƏRLƏR

Cənubi Koreya Prezidenti həbs olundu

Müstəntiqlər Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yolu qiyam ittihamı ilə h...

Rəsmi Bakıdan ABŞ səfirliyinə- CAVAB

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.   Sfera.az xəbər verir...

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...