Bu gün Azərbaycanda karantin sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA

Bu gün Azərbaycanda karantin sərtləşdiriləcək? - RƏSMİ AÇIQLAMA
"Bütün hallarda karantinin sərtləşdirilməsi barədə Operativ Qərargah qərar qəbul edir. Burada epidemik vəziyyət nəzərə alınır".

Sfera.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

O əlavə edib ki, təxminən 10 gün ərzində davam edən Novruz bayramı zamanı ictimai nəqliyyatın fəaliyyəti dayandırılmışdı: Rəqəmlərdə artım olsa belə, yoluxma sayı 10 gün ərzində 5-10 dəfə artmamışdı:

"İctimai nəqliyyat hamıya bəllidir ki, koronavirus infeksiyasının yayılmasına şərait yaradan ən başlıca amillərdən biridir. Amma ən çox rast gəlinən yayılmalar kütləvi tədbirlərlə bağlıdır. Ən ciddi yayılmalar toylar, yas mərasimləri və ad günlərində baş verir.

Bu cür tədbirlərin məhdudlaşdırılmasının davam etdirilməsi, sanitar gigiyenik normaların tətbiqinə nəzarətin gücləndirilməsi davam etməlidir. Bakı əhalisinin daha əhəmiyyətli qismi artıq yoluxub, xəstələnib və sağalıb. Amma regionlarımızda Bakı, Sumqayıt və Gəncə ilə müqayisədə bütün il boyu yoluxma halları az olub. Ona görə regionlarımızın qorunması çox vacibdir.

Regionlarımızda çoxlu sayda əhalimiz var ki, onlar koronavirusla indiyə qədər təmasda olmayıblar. Orada alovlanma olarsa, daha sürətli ola bilər. Amma Bakıda alovlanma nisbətən az sürətlə inkişaf edir. Çünki elə bir bina yoxdur ki, həmin binanın təxminən 20-30 faizində yoluxmalar olmasın. İnsanlar xəstələnib və sağalıblar. Yəni Bakı, Gəncə və Sumqayıtın kollektiv immunitetə çatma ehtimalı regionlarla müqayisədə daha çoxdur". /Baku.ws

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...