İsraildə aşkarlanan yeni ştammın daha az yoluxucu olduğu açıqlandı - Koronavirusun gücü tükənir?

15:44 / 31.03.2021
707
Koronavirusun yeni mutasiya olunmuş növü aşkar edilib.
Sfera.az xəbər verir ki, İsraildə müəyyən olunan virusun digərlərinə nisbətən daha az yoluxucu olduğu bildirilib.
Eyni zamanda yeni növ mutasiyanın peyvəndə qarşı dözümlü olmadığı bəlli olub. İsrail Səhiyyə Nazirliyi xəbərləri təsdiqləyib.
Məlumatda deyilib ki, İsraildə istifadə edilən "Pfizer/BioNTech” vaksini yeni növ mutasiyaya qarşı kifayət qədər effeklidir.
Qeyd edək ki, yeni növ mutasiyaya indiyə qədər 181 nəfər yoluxub.
Türkan
Sfera.az