BDU -da 31 mart soyqrımı ilə bağlı dəyirmi masa keçirildi

BDU -da 31 mart soyqrımı ilə bağlı dəyirmi masa keçirildi

Bu gün Bakı Dövlət Universitetində (BDU) 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı "1918-ci il mart soyqırımının tarixi, siyasi və hüquqi müstəvidə təhlili" mövzusunda onlayn dəyirmi masa keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev çıxış edərək ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin müxtəlif dövrlərdə həyata keçirildiyi, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. E.Babayev Azərbaycanlılara qarşı törədilmiş soyqırımına Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymətin verildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, Azərbaycan dövləti və xalqı bu hadisələrin ildönümünü ürək ağrısı ilə yanaşı, qalib dövlət və qalib xalq kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatlarına cavab olaraq başlayan və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbə, Vətən müharibəsindəki zəfərimiz həm də Mart soyqırımını törədənlərin üzərində tarixi qalibiyyətimizdir.


Daha sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Quba Soyqırımı Memorialı Kompleksinin direktor müavini Mehriban Əliyeva çıxış edərək Mart soyqırımı, Quba Soyqırımı Memorial Kompleksi haqqında geniş məlumat vermişlər.


Dəyirmi masada Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov "1918-ci il mart soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində”, BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev "Törədilən müharibə cinayətlərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti”, BDU-nun Hüquq klinikasının rəhbəri Turqay Hüseynovun "Soyqırımı cinayətlərinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda məruzə etmişdir.


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...