Yeni trend: Vaksin turizmi Azərbaycana da ayaq açır?

Yeni trend: Vaksin turizmi Azərbaycana da ayaq açır?
Artıq bəzi ölkələrdə vaksin turizmi trendə çevrilməkdədir. Belə ki, insanlar koronavirus əleyhinə peyvənd olunmaq üçün başqa ölkələrə üz tutur. Burda bütün ölkələr üzrə vaksinasiyanın başlamaması yaxud yaş limiti kimi faktorlar önəm daşıyır.
 
Maraqlıdır, ölkəmizdə necə, vaksin turizminin inkişaf potensialı varmı?

Məsələ ətrafında Sfera.az-a danışan turizm eksperti Rəhman Quliyev vətəndaşlarımızın hazırda vaksinasiya üçün başqa ölkələrə müraciət etmədiyini bildirdi:

"Son aylarda demək olar ki, əksər ölkələr vaksinasiyaya start verib. Onu da deyim ki, dünya əhalisinin 70 faizə yaxını vaksinasiya olduqdan sonra biz pandemiyanın sonuna yaxınlaşmış ola bilərik. Hələ ki, Azərbaycanda vaksin turizmi anlayışı yoxdur. Yəni vətəndaşlarımız vaksinasiya üçün hansısa ölkəyə müraciət etmirlər. Çox nadir halda insanlarımız Türkiyə, Dubay kimi ölkələrə gedib orda peyvənd ola bilər. Lakin sırf bu məqsədlə insanlar ölkəni tərk etmir. Bundan əlavə ölkəmizə də vaksinasiya olunmaq üçün əcnəbilər gəlmir. Xaricə gedib əlavə xərc çəkməkdənsə, zamanı gözləyib ölkəmizdə peyvənd olunmaq lazımdır. Bu baxımdan vaksin turizminin inkişafını real görmürəm". 

R.Quliyev vaksinləşmənin bütün ölkələr üzrə eyni qaydada həyata keçirilməli olduğunu qeyd edib:

"Vaksinləşmə elə şəkildə həyata keçirilməlidir ki, hamıya əlçatan olsun. Burda quş qripindən söhbət getmir. Burda insan taleyindən söhbət gedir. Lakin çox təəssüf olsun ki, dünyada virus əleyhinə hazırlanan vaksinlərin paylanılmasında da çirkin siyasi əməllər özünü göstərir. Haqsız savaşları kənara qoyub bütün dünya pandemiyaya qarşı birləşməlidir. Bu birlik olsaydı, biz indiyədək vaksinləməni bitirib normal həyata qayıtmış olardıq".

Əzizə Zeynal 
Sfera.az



       
      


OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...