\"Ölkəmizdə pandemiya daha 4 il davam edə bilər\" – Həkim

\
"Çox güman ki, kollektiv immunitet yaranandan sonra pandemiyanın bitdiyini deyə biləcəyik. Bu isə əhalinin minimum 50 faizi koronaya yoluxduqdan və ya peyvənd olunduqdan sonra baş verə bilər. Lakin nəzərə alsaq ki, Azərbaycanda 1 il ərzində orta hesabla təxminən 1 milyon insan virusa yoluxub və ya peyvənd olunub, deməli kollektiv immunitetin yaranması üçün bizə 5 il vaxt lazımdır".

Sfera.az xəbər verir ki, bunu ARB24-ün "İşgüzar səhər” verilişinə açıqlamasında həkim Aqil Axundov deyib. O bildirib ki, bundan sonra 4 milyon vətəndaşımız yoluxsa və ya peyvənd olunsa, karantin tədbirləri aradan qaldırıla bilər: 

"Ötən ildən bəri ölkədə 256 min insan koronaya yoluxub. Xəstəliyi asimptomatik və test vermədən keçirən şəxsləri də nəzərə alsaq, bu rəqəmlər ümumilikdə təxminən 500 minə yaxın insan deməkdir. İki ay ərzində peyvənd vurulanların sayı da 500 minə yaxındır. Yoluxanlarla peyvənd vurulanları nəzərə alsaq, bu, 1 milyon insan deməkdir. İndi isə 4 milyon insanın ya xəstələnməsi, ya da peyvənd olunması lazımdır. Əhalinin yarısı yoluxsa və ya peyvənd olunsa, o zaman toylar, mərasimlər və s. məsələlərlə bağlı qadağalar aradan qaldırıla bilər”. 
 


OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...