Sabah 19 dərəcəyədək isti olacaq

Sabah 19 dərəcəyədək isti olacaq
Aprelin 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, aprelin 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 12-15, Bakıda gecə 6-8, gündüz 13-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Aprelin 1-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti olacaq.

Aprelin 1-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

OXŞAR XƏBƏRLƏR

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv etdi

“Odlar Yurdu Sığorta Brokeri” Məhdud Məsuliyyətli Cəmiyyətinin (Cəmiyyət) lisenziyası ləğv edilib.   Sfera.az xəbər verir ki, bu barədə A...

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...