Dünya koronavirusun üçüncü dalğasının astanasında... - Ölkələr qorxu içindədir, peyvənd qıtlığı yaşanır

Dünya koronavirusun üçüncü dalğasının astanasında... - Ölkələr qorxu içindədir, peyvənd qıtlığı yaşanır
Artıq bir ildən çoxdur, həyatımızın bir parçası olan COVID-19 virusu dünyanın əksər ölkələrində üçüncü dalğasına keçid edib. 
 
Sfera.az-ın məlumatına görə,  bununla bağlı ölkələr yeni qərarlar qəbul edib, vaksinasiya prosesini sürətləndiriblər.

Maraqlıdır, dünyada hazırda kornavirusla bağlı vəziyyət necədir?

Amerika virus yayılandan etibarən bu günə qədər ən çox yoluxmanın və ölümün olduğu ölkədir. Bu müddətdə 330 milyon nüfuzu olan ölkədə 31 milyon nəfər xəstələnib və yarım milyondan çoxu (563 min) dünyasını dəyişib. Həmçinin ABŞ-da indiyə qədər ölkə nüfuzunun üçdə birinə ən az bir doza, 49 milyon nəfərə isə iki doza vaksinasiya edilib. Gün ərzində üç milyona yaxın insana peyvənd vurulur.

İngiltərə nüfuzuna əsasən, virusu ağır keçirən ölkələrdən biridir. Bununla yanaşı, ölkə vaksinasiya prosesinə ən tez başlayanlardan biri olub. 67 milyon əhalisi olan Böyük Britaniyada virus başlayandan bu günə qədər COVID-19-a yoluxanların sayı 4 milyon 337 min nəfərə çatıb. Həyatını itirənlər isə 126 mini keçib. Peyvəndin iki dozasını vurduranların sayı isə üç milyon olub.

İtaliyada yoluxanların sayı son bir gündə 12 min 916 nəfər artaraq  3 milyon 544 min 957-ə yüksəlib.  Ölümlər isə bir gündə 417 artımla 108 min 305 olub. 60 milyon əhalisi olan ölkədə  bugünə qədər 9.6 milyon peyvənd tətbiq edilib. Hər iki dozanı vurduranların sayı üç milyondur. Vaksinasiya prosesi daha çox tibbi işçilər və yaşı 80-dan çox olanlar arasında aparılıb.

17 milyonluq nüfuzu olan Hollandiyada rəsmi rəqəmlərə görə, virusa yoluxanlar  1 milyon 260 min, ölənlər isə  16 min 475 nəfərdir. Son həftələrdə yoluxmaların sayının artımından ehtiyat edən hökumət karantin rejimini 20 aprelə qədər uzadıb. Ölkədə 2,3 milyon insana peyvəndin birinci dozası vurulub, 600 mindən çox insanın isə iki doza prosesi yekunlaşıb. 

65 milyon əhalisi olan Fransada keçən ildən bəri 4,5 milyon insan koronavirusa yoluxub və  95 min nəfər dünyasını dəyişib. Yoluxmaların sayının artımından qorxan rəsmilər üçüncü dalğanın gəldiyini düşünürlər. Vaksinasiya prosesinə yanvar ayında başlayan Fransada 8 milyona yaxın insan birinci doza, 2,6 milyona yaxın insan isə ikinci doza vurdurub. 

Almaniyada hazırda xəstəlik pik həddədir. Bu ölkədə də üçüncü dalğa gözlənilir. Belə ki, indiyə kimi 83 milyonluq ölkədə 2 milyon 796 nəfər xəstələnib, 76 mindən çoxu isə virusdan dünyasını dəyişib. Almaniyada fevral ayının ortasından etibarən yoluxanların sayı sürətlə artır. Digər ölkələrdən fərqli olaraq,  burada vaksinasiya kampaniyası yavaş gedir. 28 marta qədər peyvəndin birinci dozasını vurduranların sayı 9 milyon, ikinci dozasını vurduranların sayı isə 4 milyona yaxınlaşıb. Lakin Almaniya vaksiyanasiya təhlükəsizliyə önəm verən ölkələrdən biridir. Sonuncu dəfə 9 ölüm səbəbilə "AstraZeneca” vaksininin 60 yaşdan aşağı şəxslər üçün dayandırıldığı bildirilmişdi.

212 milyon nüfuzu olan Braziliya dünyada virusdan ən çox təsirlənən ölkələrdən biridir. Belə ki, indiyə qədər 314 min insan COVID-19-dan vəfat edib, 12 milyondan çox nəfər isə yoluxub. Yanvar ayından bu yana nüfuzunun sadəcə yüzdə yeddisi  vaksinin bir dozasını vurdura bilib. İkinci dozanı vurduranlar isə əhalinin yüzdə iki civarını təşkil edir.

Əhalisi 84 milyona yaxınlaşan Türkiyədə koronavirusa yoluxanların sayı rəsmi rəqəmlərə görə, 3 milyon 277 mindən çoxdur. Virusdan ölənlərin sayı isə 31 min 385-dir. Qardaş ölkədə hazırda Çindən alınan "Sinovac” və "Pfizer BioNTech”  peyvəndləri istifadə edilir.  Səhiyyə nazirliyinin statistikasına əsasən, 15 milyon 600 mindən çox insan vaksinin birinci dozası, 6 milyon 786 min insan isə ikinci dozasını vurdurub.

Son olaraq, Azərbaycanda indiyə kimi virusa yoluxanların sayı 259 min 476, ölənlərin sayı isə 3 min 538 olub. Martın 29-na olan duruma görə, Azərbaycanda 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Günay Rəsulqızı
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...