Bu yay çirmərliklərə icazə veriləcək? - AÇIQLAMA

Bu yay çirmərliklərə icazə veriləcək? - AÇIQLAMA
Qarşıdan çimərlik mövsümü gəlir və çimərliklərin fəaliyyətinə icazə verilib-verilməyəcəyi isə cəmiyyəti maraqlandıran məsələlərdən biridir.

Sfera.az-ın məlumatına görə, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı İlham Məmmədov bildirib ki, çimərliklərin fəaliyyətinə icazə verilməsi hər bir insandan asılıdır:

"Azərbaycanda vaksinləşmənin sürtlə başa çatması üçün əhali həmrəylik göstərməlidir çünki vaksinləşmə kollektiv immunitetin əmələ gəlməsi üçün ən vacib elementlərdən biridir. Təbii ki, əgər biz bu prosesi uğurla başa vurarıqsa çimərlik mövsümündən istifadə edə bilərik. Çimərlik mövsümündən yararlanmaq üçün indidən tədbirli olmalıyıq.

Vaksinləşmə ilə yanaşı qoyulan qaydalara da riayət etməliyik. Təbii ki, çimərliklərə icazə verilməsi barədə qərar epidemioloji vəziyyəti nəzərə alaraq Operativ Qərərgah tərəfindən veriləcək. Ancaq biz özümüzü dəniz, çimərlik mövsümünə hazırlamaq istəyiriksə, indidən özümüzü qorumalıyıq, vaksinasiya prosesində aktiv iştirak etməliyik. Təbii ki, qaydalara riayət edəriksə, özümüzü qoruyarıqsa yoluxmaların sayı da azalar və epidemioloji vəziyyət yaxşı olar. Belə olan halda isə çimərlik mövsümündən faydalana bilərik.

Çimərliyə getmək istəyənlər indidən qaydalara riayət etməlidir. Təbii ki, əgər yoluxma sayı 4000-5000 olarsa, çimərliklərin fəaliyyətinə necə icazə vermək olar?! Bu, virusun daha çox yayılmasına, daha çox insanların ölümünə səbəb olar.

Ancaq o zamana kimi azalma olarsa, təbii ki, çimərlik məvsümünə də icazə verilər. Yoluxmanın azalması isə bizdən asılıdır. Bunun üçün həm qaydalara riayət etməliyik, həm də vaksinasiya prosesində aktiv iştirak etməliyik”.

OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...