\"Burada ziddiyyətli məqamlar var\" - Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

\
Təhsil Nazirliyi rəy sorğusu təşkil edib. Hansısa qərarların qəbulundan öncə, ictimai fikrin öyrənilməsi baxımından Nazirliyin bu təşəbbüsü təqdirə layiqdir. Amma burada ziddiyyətli məqamlar da var.
 
Sfera.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. O bildirib ki, bu cür sorğuya ehtiyac yox idi:

"Məlumdur ki, ötən il pandemiya başlayarkən  nazirlik bütün ölkə üzrə təhsil müəssisələrində distant təhsilin təşkili vəziyyətini öyrənmək üçün çox faydalı bir sorğu təşkil etmişdi. Sorğu nəticəsində Təhsil nazirliyinin əlində ictimai əhəmiyyət kəsb edən nəhəng məlumat bazası formalaşmışdı. Bu məlumat əsasında qurum ölkədə distant təhsil formasına keçidin texniki-texnoloji təminatı baxımından hansı problemlər yaradacağını qabaqcadan görə bilirdi. Yeri gəlmişkən, nazirlik  "İnformasiya əldə edilməsi haqqında" Qanunun tələblərinə zidd olaraq bu informasiyanı indiyədək də açıqlamayıb.

Ötən il pandemiya müddətində hökumət tərəfindən təhsil sisteminin, müəllimlərin və təhsil alanların  texniki-texnoloji təminatı istiqamətində başqa ölkələrdən fərqli olaraq, hər hansı ciddi addımlar atılmadı. Belə demək mümkünsə, ölkənin bütün ümumtəhsil sistemi pandemiya ilə  təkbaşına qaldı. Güman ki, məhz sorğunun nəticəsi əsasında nazirlik teledərslərdən də imtina etmədi. İndi sual olunur ki, belə bir qiymətli, real vəziyyəti əks etdirən məlumat qurumun əlində olduğu halda, yenidən ictimai rəyi öyrənmək görəsən nəyi dəyişəcək”.

O.Gündüz qeyd edib ki, yalnız ötən il pandemiyadan öncə təşkil edilən sorğunun nəticələri açıqlandıqdan sonra, keçirilən sorğu daha faydalı ola bilərdi:
"Əgər reallığı əks etdirən informasiya nazirliyin əlindədirsə və qapalıdırsa, onda hansısa ekspertin və ya sadə vətəndaşın real vəziyyətdən xəbərsiz rəyi əsasında hansısa səmərəli, effektiv qərarlar qəbul etmək olarmı? Lap tutaq ki, ictimai fikir distantın xeyrinə oldu. Amma TN-nin əlində məlumat var ki, ölkənin ümumtəhsil sistemi distanta hazır deyil.  Belə olan halda,  sorğunun hansı əhəmiyyəti var,  ümumiyyətlə sorğuya ehtiyac vardımı? Fikrimcə, yalnız ötən il pandemiyadan öncə qurumun təşkil etdiyi sorğunun nəticələri açıqlandıqdan sonra keçirilən sorğu daha faydalı və ağlabatan ola bilərdi”.

Qeyd edək ki, Təhsil Nazirliyi pandemiya dövründə ümumi təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı ictimai rəy sorğusu keçirib. İctimai rəy sorğusunda pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin hansı formada təşkilinin məqsədəuyğun hesab edilməsi ilə bəndlər yer alıb.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Aygün Mirzəyevaya hökm oxundu

Lənkəran bələdiyyəsinin keçmiş sədri Aygün Mirzəyevaya hökm oxunub.   Sfera.az xəbər verir ki, keçmiş bələdiyyə sədri Lənkəran Rayon Məhkəməsi tərəfi...

Dayə qiymətlərinə görə övladına özü baxacaq

Bir neçə müddət öncə ana olan aktrisa Pınar Dəniz bahalı dayə qiymətlərindən şikaətlənib.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki...

"Birbank"ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışması başa çatdı

Maliyyə xidmətləri ilə yanaşı gənclərin bilik və bacarıqlarının inkişafına yönələn layihələrlə gündəmə gələn Birbank hazırlıqlı, bilikli mütəxəssislərin əmək ba...

İqtisadi Şuranın iclası olub - Sahil Babayevin təqdimatı dinlənilib - FOTO

İqtisadi Şuranın növbəti iclası keçirilib.   Sfera.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verib.   Məlumata əsasən, iclasd...

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə sərnişin daşımalarının bərpası təxirə salınıb.   Sfera.az xəbər verir ki, bu barədə məlumatı &ld...

FİFA və UEFA-nın AFFA-ya nə qədər vəsait ayırdığı MƏLUM OLDU

Azərbaycanda futbolun və onun idarəetmə sisteminin inkişafına nail olmaq üçün UEFA-nın "Hat-Trick" Həmrəylik proqramları çərçivəsində 2023/2024 və 202...