Ermənipərəst lobbiçi korrupsiya qalmaqalına görə istefa verdi

Ermənipərəst lobbiçi korrupsiya qalmaqalına görə istefa verdi
Ermənipərəst lobbiçi kimi tanınan Avropa Parlamentinin keçmiş üzvü Frank Engel korrupsiya qalmaqalının qızğın anında Xristian Sosial Xalq Partiyasının Milli Komitəsinin sədri vəzifəsindən istefa verib.

Sfera.az xəbər verir ki, istefa F.Engelin partiya yoldaşlarının onu 2019-cu ildə "ASBL CSV-Frëndeskrees" qeyri-kommersiya birliyi ilə saxtakarlıqla müqavilə bağlamaqda ittiham edərək prokurorluğa məlumat verməsindən sonra baş verib.

Qeyd edək ki, 2014-cü ildə F.Engel Avropa Parlamentində Dağlıq Qarabağdakı separatçı rejimlə qeyri-rəsmi olaraq yaradılan dostluq qrupuna rəhbərlik edib.

Ermənipərəst lobbiçinin 2017-ci ilin yayında erməni Tatev Manukyanla ailə qurduqdan sonra bal ayını orada keçirməsi də daxil olmaqla əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarına dəfələrlə qanunsuz səfərlər etdiyi məlumdur. O, daha sonra soyadına hətta "erməni" sonlu "yan" da əlavə edib.

F.Engel Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yönəlmiş müraciətləri və əvvəllər işğal olunmuş Azərbaycan torpaqlarında yaradılan qanunsuz separatçı rejimin təbliğatı ilə də yaxşı tanınır.
(Trend)

OXŞAR XƏBƏRLƏR

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...

Nişanlısı 32 ildir şəhid Mehmanı gözləyirmiş...

“Mehmanın ata-anası onun itkin düşməsi xəbərini alandan sonra dözə bilmədilər, ikisi də rəhmətə getdi. Ancaq mən bu günə qədər Mehmanın sağ-salamat dönəcə...

Bakının iki küçəsində avtomobillə hərəkət məhdudlaşdırılacaq

İyulun 6-da saat 06:00-dan saat 24:00-dək Bakı şəhəri, Ziya Bünyadov prospektində təmir işləri aparılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Avtomobi...