Ərdoğan Təhlükəsizlik Şurasının iclasını keçirdi

Dünya
00:15 / 31.03.2021
1887
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Sfera.az xəbər verir ki, iclasda bir sıra mühüm məsələlər müzakirə edilib.
Bildirilib ki, Türkiyə bundan sonra da Suriya böhranının həlli, Liviyadakı vəziyyətin normallaşması istiqamətində səylərini davam etdirəcək. Eyni zamanda, PKK/KCK-PYD/YPG, FETÖ və İŞİD başda olmaqla, Türkiyəyə qarşı olan bütün terror təşkilatları ilə mübarizə aparılacaq.
İclasda, həmçinin diqqətə çatdırılıb ki, Türkiyə Respublikasının quruluşunun yüzüncü ildönümünə - 2023-cü ilə qədər ölkənin iqtisadi, ictimai-siyasi və hərbi təhlükəsizliyinin ən yüksək səviyyəyə çatdırılmas başlıca hədəfidir.