Bu universitetlərin diplomları Azərbaycanda tanınmayacaq - SİYAHI

Bu universitetlərin diplomları Azərbaycanda tanınmayacaq - SİYAHI
Təhsildə Keyfiyyət Təminatı Agentliyi diplomlarının tanınmasından imtina verilən xarici ali təhsil müəssisələrinin siyahısını açıqlayıb.

Agentlikdən Sfera.az-a verilən məlumata görə, 10 universitetin 851 halda diplomuna imtina verilib. 

Diplomlarına imtina verilən universitetlər Regionlararası Heyətin İdarəolunması Akademiyası, Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti, İvanovo Dövlət Universiteti, Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası, V.N.Karazin adına Xarkov Milli Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universiteti, Tbilisi Açıq Tədris Universiteti, Avropa Universiteti və Gürcüstan Texniki Universitetidir. 

Ali təhsil müəssisəsi                                       İmtina sayı

Regionlararası Heyətin İdarəolunması Akademiyası      152

Simon Kuznets adına Xarkov Milli İqtisad Universiteti   103

İvanovo Dövlət Universiteti                                 101

Ukrayna Dövlət Dəmiryol Nəqliyyatı Akademiyası         101

V.N.Karazin adına Xarkov Milli Universiteti                 76

Dağıstan Dövlət Pedaqoji Universiteti                       68

Poltava İqtisadiyyat və Ticarət Universiteti                 68

Tbilisi Açıq Tədris Universiteti                                64

Avropa Universiteti                                            60        

Gürcüstan Texniki Universiteti                               58


 

OXŞAR XƏBƏRLƏR