Hulusi Akar Pakistanın qərargah rəisi ilə görüşdü

Dünya
18:25 / 30.03.2021
1195
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanı qəbul edib.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər də iştirak edib.