Ermənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu - TƏCİLİ

Ermənistan ATƏT büdcəsinin qəbul olunmasına əngəl oldu - TƏCİLİ
Ermənistan ATƏT, habelə ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının büdcəsinin qəbulu prosesini bloklayıb.

Sfera.az-ın xəbərinə görə, bu barədə Caliber.az diplomatik mənbələrə istinadən xəbər verir.

Bu cür fəaliyyətlərlə rəsmi İrəvan bütün təşkilatın nüfuzuna və funksionallığına zərbə vurur. Çünki, məlum olduğu kimi Ukraynadakı Xüsusi Monitorinq Missiyası ATƏT üçün çox vacib bir "uğur hekayəsidir”. Missiyanın büdcəsi 100 milyon avrodur və fəaliyyətində 1000-dən çox işçi iştirak edir. Lakin missiyanın mandatı 31 martda başa çatır və bu vaxta qədər onun uzadılması barədə qərar qəbul edilməzsə, missiyanın fəaliyyəti avtomatik olaraq sona çatacaqdır.

Rəsmi İrəvanın ATƏT-dəki bu cür destruktiv davranışı yalnız onun Kiyevə qarşı düşmən münasibətini nümayiş etdirmir, həm də bütün təşkilatın fəaliyyətinin iflic olmasına gətirib çıxarır. Ermənistanın bu addımının Qərbdə ciddi narazılığa səbəb olması məntiqlidir.

Qeyd edək ki, son dövrdə Ermənistan Xarici İşlər Nazirliyinin fəaliyyəti və Azərbaycana qarşı getdikcə aqressivləşən ifadələri Ermənistanın Baş naziri Nikol Paşinyanın öz xarici siyasət qurumuna nəzarət etmədiyi təəssüratı yaradır. Ermənistanın Xarici İşlər Nazirliyinin müstəqil şəkildə bu cür destruktiv hərəkət etməsi və ya onun xarici nəzarət altında olması sual yaradır.

OXŞAR XƏBƏRLƏR

Əliyev, Pezeşkian və Ərdoğan arasında səmimi anlar - VİDEO

Xankəndi Zirvəsi çərçivəsində Prezident İlham Əliyevlə iranlı həmkarı Məsud Pezeşkian arasında səmimi anlar yaşanıb.   Sfera.az xəbər verir ki, daha ...

Rəhman Rəhmanovun şikayətinə - TƏBİB-dən reaksiya

Xəbər verdiyimiz kimi, şəkərli diabet xəstəliyindən əziyyət çəkən Əməkdar artist Rəhman Rəhmanov dövlət tərəfindən verilən təmənnasız dərmanları almaqda çətinli...

İmamoğluna buna görə 9 il həbs cəzası verilə bilər

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrliyindən uzaqlaşdırılan və həbs edilən Əkrəm İmamoğlunun diplomu ilə bağlı açılmış cinayət işi üzrə ibtidai istintaq başa...

Marsın bir parçası satışa çıxarıldı

Yer üzündə tapılmış ən böyük Mars qayası hərraca çıxarılır.   Sfera.az AZXEBER.COM-a istinadən xəbər verir ki, nadirliyi və ölçüsü ilə elm ...

ÜST: Spirtli içkilər, siqaret və qazlı içkilər 50% bahalaşa bilər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə spirtli içkilər, tütün məmulatları və şəkərli qazlı içkilərin qiymətini sağlamlıq vergiləri yolu ilə 2035-ci ilə qədə...

Növbəti ECO sammiti bu ölkədə keçiriləcək

İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti sammitinə İran ev sahibliyi edəcək.   Sfera.az xəbər verir ki, bu barədə Təşkilatın saytında məlumat d...