Azərbaycana qızıl sel kimi axacaq?

Azərbaycana qızıl sel kimi axacaq?

"Cari ildə dövlət başçısı ölkədə iqtisadiyyatın qeyri-neft sektorunda sürətli və kompleks inkişafa nail olmaq məqsədilə ardıcıl olaraq bir neçə sənədlər imzalayıb və müvafiq tapşırıqlar verib. Prezidentin Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bir sıra tədbirlər haqqında sərəncamını da, ilk növbədə, məhz bu konteksdən qiymətləndirmək lazımdır".

Bunu Milli.Az-a açıqlamasında iqtisadşı-ekspert Pərviz Heydərov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun bütün sahələrinin, o cümlədən ağır sənayenin, metallurgiyanın da inkişafı üçün kifayət qədər potensial vardır:

"Bu da, sözsüz ki, zəngin təbii ehtiyatlara malik olmağımızla əlaqədardır. Ölkəmizdə əlvan metal yataqlarının sayı kifayət qədərdir və potensialı da böyük həcmdədir. Ümumiyyətlə, dəmir, alüminium, xromit, qızıl, gümüş, mis, qurğuşun, sink kobalt və sairdən ibarət filiz şəklində çıxan faydalı qazıntılar dağlıq ərazilərimizdə müxtəlif tip yataqlar əmələ gətirir. Lakin həmin yataqların öyrənilməsi, kəşfiyyatı və işlənməsi keçən ilə kimi kortəbii həyata keçirilirdi və bu sahədə, demək olar ki, heç bir idarəçilik yox idi. Ancaq prezident 2015-ci ilin fevralın 11-i tarixdə imzaladığı sərəncamla səhmləri bütünlüklə dövlətə məxsus olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaratdı.

"AzerGold" əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər məsələlər ilə məşğul olur. Nazirlər Kabineti "AzerGold" QSC-nın bu günlərdə nizamnaməsi və strukturunu da təsdiq edib. Qeyd edək ki, baş nazirin imzaladığı qərara əsasən, "AzerGold"un nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 2 milyon səhm əsasında formalaşdırılıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur".

P.Heydərov qeyd edib ki, məsələ bundadır ki, prezidentin yuxarıda sözügedən sonuncu sərəncamı məhz "AzerGold"un bir qurum olaraq Azərbaycanda sözügedən sahədə səlahiyyətlərini artıracaq, fəaliyyətini genişləndirəcək: "Söhbət "AzerGold"un "Azərbaycan Respublikasında Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş üzrə podratçılara məxsus olan iştirak paylarını satın alacağından gedir. Hansı ki, 5 iyun 2007-ci il tarixli qanunu ilə təsdiq edilmiş pay bölgüsü haqqında adıçəkilən saziş 2006-cı il, dekabrın 30-da Azərbaycan hökuməti ilə sayca 5 şirkətlə - "Londeks Resorsiz S.A.", "Uill ənd Meyris S.A.", "Farqeyt Mayninq Korporeyşn", "Qlobeks İnterneşnl LLP" və "Mitsui Mineral Development Enceniring Ko. Ltd" arasında imzalanmışdı.

Məqsəd isə sənəddə də qeyd olunduğu kimi beynəlxalq təcrübəyə əsasən, aparılan qiymətləndirmələr nəticəsində həmin payların əldə olunmasının iqtisadi səmərəliliyinin təsdiq olunduğunu əsas götürərək, yuxarıda adıçəkilən yataqların daha səmərəli idarə edilməsinin zəruriliyi, qeyri-neft sənayesi və o cümlədən, metallurgiya sahəsinin kompleks inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaqdır. Hələ ki, İqtisadiyyat və Maliyyə Nazirlikləri, Mərkəzi Bank və "AzerGold"  birlikdə Saziş üzrə podratçı tərəflərə məxsus iştirak paylarının "AzerGold" tərəfindən alınmasını maliyyələşdirməyə dair təkliflər hazırlayacaq. Hesab edirəm ki,"AzerGold" ölkədə faktiki filiz sahələri və yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi sahəsində bütün payları və səlahiyyətləri qazandıqdan sonra sözügedən sferada əsas söz sahibinə çevriləcək ki, bu da yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və səmərəli idarə olunmasını daha yüksək səviyyədə təmin etməyə yardım edəcək. Bütün bunlardan qazanan isə qeyri-neft sektorunda məhz sənayemiz olacaqdır. Özü də onun ağır hissəsi..."


OXŞAR XƏBƏRLƏR

Sabirabadda yeniyetmələr arasında dava: Bıçaqlanan var

Sabirabadda 17 yaşlı yeniyetmə bıçaqlanıb.   Sfera.az xəbər verir ki, həmyaşıdlar arasında baş verən mübahisə zəminində Sabirabad rayonunun Xəlifəi k...

Yağışla bağlı XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 27-dən 29-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir.   “Qafqazinfo” xəbər verir ki, bunu...

Aktauda AZAL təyyarəsini vuran Rusiyanın "Pantsir-S" raket sistemi nədir, necə işləyir?

Qazaxıstanda qəzaya uğrayan Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiyanın "Pantsir" raket sistemi tərəfindən vurulduğu məlum olub.   Sfe...

İranda neft emalı zavodunda yanğın oldu

İranın cənubunda Xuzistan əyalətinin Abadan şəhərində neft emalı zavodunda boruların yerləşdiyi ərazidə yanğın olub.   Sfera.az xəbər verir ki, məlum...

13 yaşlı Məhəmmədəli futbolçu imiş - VİDEO

Məlum olduğu kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların arasında 13 yaşlı Məhəmmədəli Eqanov da var....

Xaricdəki Azərbaycan Evlərində xatirə guşələri yaradılıb - FOTOLAR

Xaricdəki Azərbaycan Evlərində “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həy...