Artıq valideynlər həkim növbəsində dayanmayacaq - VİDEO

Artıq valideynlər həkim növbəsində dayanmayacaq - VİDEO

Valideynlər uşaqlarını həkimə apararkən növbə gözləmələrinə ehtiyac qalmayacaq. Artıq paytaxtdakı dörd poliklinikada onlayn qeydiyyat sistemi pilot layihə kimi tətbiq olunur. Yaxın vaxtlarda bu layihə bütövlükdə Bakını əhatə edəcək.

Artıq valideynlərin həkim növbəsində dayanmalarına ehtiyac qalmayacaq. Valideynlər övladlarını qeydiyyatda olduqları poliklinikadakı həkim qəbuluna internetlə yazdıra biləcəklər.

Seçdiyiniz həkim və qəbul vaxtı sizin emailinizə göndərilir. Həkim qəbulu ilə yanaşı, evə çağırışlar da onlayn şəkildə həyata keçirilir. Belə ki, siz poliklinikaya onlayn qaydada müraciət etdikdə, sizə sahə həkiminizi təyin edirlər. Hazırda onlayn həkim qəbulu və evə çağırış 18 yaşına çatmamış uşaqlar üçün tətbiq olunur.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə deyir ki, əgər uşaqlar üçün onlayn həkim qəbulu uğurlu alınarsa, bu təcrübədən böyüklər üçün də istifadə olunacaq.

 



OXŞAR XƏBƏRLƏR

Yevlaxda qəza: Minik avtomobili yük maşınına çırpıldı

Yevlaxda minik avtomobili yük maşınına çırpılıb.   Sfera.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə az öncə Qazax-Bakı magistralının rayonun...

Ağlasığmaz OLAY: Atı maşının arxasına bağlayıb... -VİDEO

Türkiyənin Adana şəhərində ağlasığmaz hadisə baş verib. Şəhər sakini atı maşının arxasına bağlayaraq avtomobil yoluna çıxıb.   Sfera.az xəbər ve...

“Qarabağ” dünya reytinqində 10 pillə irəlilədi

"Qarabağ" klubu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) açıqladığı dünya reytinqində 10 pillə irəliləyib.   Sfer...

Naxçıvanın ədliyyə orqanlarına qəbul imtahanı keçirilib

Naxçıvan Muxtar Respublikasının ədliyyə orqanlarına qəbul imtahanı keçirilib.   Bu barədə Sfera.az-a Dövlət İmtahan Mərkəzindən bildirilib.  ...

Bu ölkədə 6.2 bal gücündə zəlzələ baş verdi

İndoneziyanın Aceh əyaləti yaxınlığında 45 kilometr dərinlikdə 6,2 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə İndoneziy...

DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb

May ayının 11-də saat 04:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində,&nb...