19 yaşlı sevgilisini öldürən Sərdardan qandonduran etiraf - Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI

19 yaşlı sevgilisini öldürən Sərdardan qandonduran etiraf - Gəncədəki dəhşətli qətlin TƏFƏRRÜATLARI
Gəncə şəhərində bir ay itkin kimi axtarışda olduqdan sonra meyiti tapılan 19 yaşlı Pərvin Musayevanın hansı səbəbdən qətlə yetirildiyi məlum olub.
 
Sfera.az bildirir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tələbə yoldaşı 20 yaşlı Sərdar Cəfərovla sevgili olan Pərvinin onunla münasibətləri fevral ayından pisləşməyə başlayıb.

Fevralın 19-da cütlük sonuncu dəfə görüşüb. Sərdarın maşınında söhbət edərkən Pərvin ona ayrılmaq istədiyini deyib, oğlan isə yenidən barışmaq üçün israr edib. İlkin məlumata görə, Pərvin ondan əl çəkməsi üçün oğlana yalan deyərək başqa birini sevdiyini bildirib.

Sərdar Cəfərov istintaqa ifadəsində deyib ki, keçmiş sevgilisinin bu sözləri ona pis təsir edib və onun başqa sevgilisi olduğu barədə sözləri eşitmək istəməyib: "Onun bu sözlərini eşitməmək üçün Pərvinin ağzını, burnunu, boğazını əlimlə tutub sıxdım, qışqıraraq "Kəs səsini, sus, danışma” deyirdim. Onu öldürmək fikrim yox idi. Sonra gördüm ki, huşunu itirdi. Bir müddət sonra öldüyünü bildim və nə edəcəyimi bilmirdim”.

Bundan sonra Sərdar sevgilisinin meyitini maşınında qoyaraq marketə gedib və oradan 10 ədəd "skoç” alıb. Yenidən maşına qayıdaraq qızın bütün bədənini "skoç”la bağlayıb. Daha sonra onu avtomobilində "Avtozavod" qəsəbəsində yerləşən məişət tullantılarının atıldığı əraziyə apararaq oraya atıb.

Pərvin Musayevanın axtarışda olduğu bir ay ərzində Sərdar Cəfərov dəfələrlə dindirilsə də, həmin görüşdən sonra qızın çıxıb getdiyini və daha sonra məlumat almadığını deyirmiş. Polisin onu dindirdiyi sonuncu ifadə zamanı isə sevgilisini öldürdüyünü etiraf etməli olub.

Qeyd edək ki, Pərvinlə Sərdar tələbə olublar. Hər iki tələbə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb. S. Cəfərov Mühdəndislik fakültəsinin Elektroenergetika mühəndisliyi ixtisası, Pərvin Musayeva isə Aqronomluq fakültəsinin Subioehtiyatları və Akvabitkilər ixtisası üzrə ikinci kurs tələbələri olublar. Onlar ali məktəbə hazırlaşmaq üçün eyni hazırlıq kursuna gediblər.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...