İndiyədək distant təhsilə keçirilən məktəblərin sayı açıqlandı

İndiyədək distant təhsilə keçirilən məktəblərin sayı açıqlandı
Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris qismən davam etdirilir.

Sfera.az bildirir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

"1 fevral – 29 mart 2021-ci il tarixlərində ümumi təhsil müəssisələrinin 1,6 faizi müxtəlif vaxtlarda distant təhsilə keçirilib ki, onların böyük bir qismində əyani təhsil yenidən bərpa edilib. Xatırladaq ki, məktəblərdə müəllim, şagird və texniki heyət arasında yoluxma halları aşkar olunarsa, Təhsil Nazirliyi Səhiyyə Nazirliyi ilə razılaşdırmaqla tədrisin distant formaya keçirilməsi barədə qərar qəbul edir.

Məlumat üçün bildiririk ki, 29 mart tarixindən teledərslərin yayımlandığı "Dərs vaxtı” proqramı, həmçinin "Virtual məktəb” platforması üzərindən də onlayn tədris davam etdirilir.

Təhsil Nazirliyi təhsil ictimaiyyətinə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə COVID-19 xəstəliyindən qorunmağı bir daha tövsiyə edir", - Nazirlikdən bildirilib.

OXŞAR XƏBƏRLƏR

Orta məktəbdə bıçaqlanma - Yaralı var

Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Babək rayonu, Məm...

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...