Məktəbin həyətindən 7 minlik büst oğurladılar

Kriminal
12:39 / 27.03.2021
1307
Bakıda məktəbin həyətindən 7 min manatlıq büst oğurlayan 5 nəfər saxlanılıb.
DİN Mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, martın 26-da Buzovna qəsəbəsindəki orta məktəblərdən birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.
Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.