Sevgilisinə od vurub yandıran şəxs şikayətini geri götürdü

Sevgilisinə od vurub yandıran şəxs şikayətini geri götürdü
 

Tovuzda qeyri-rəsmi nikahda olduğu qadını öldürməyə cəhddə təqsirli bilinən Göygöl rayon sakini Əflatun Ələkbərov müdafiəçisinin verdiyi kassasiya şikayətini geri götürüb.

Sfera.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiya bu səbəbdən müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinin geri qaytarılması barədə qərar çıxarıb.

Qeyd edək ki, Ə.Ələkbərov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2018-ci ilin noyabr ayında baş verib. Əflatun Ələkbərov 14 noyabr 2018-ci ildə iki li qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nişanə Bayramovanı ofisiant kimi yeni işə başladığı, rayonun Yuxarı Öysüzlü kəndi ərazisindəki kafedən işdən sonra qarşılayıb avtomobillə evlərinə apararkən sifətində makiyajın çox olduğu və alkoqol iyi gəldiyi üçün irad bildirib.

Əflatun Ələkbərov Nişanə Bayramovaya bir daha kafedə işləməyəcəyi barədə xəbərdarlıq edib, əks halda onun üçün yaxşı olmayacağı ilə hədələyəib. Qadın isə onun tələbinə əməl etməyəcəyini bildirib. Bundan sonra onların münasibətləri pisləşib və Ə.Ələkbərov onun telefonlarına cavab verməyib.

Nişanə Bayramova başqa telefon nömrəsindən zəng edərək özünü yaxşı aparmadığı təqdirdə münasibətləri barədə arvadına məlumat verəcəyini deyib. Ə.Ələkbərov bu halda onu öldürəcəyi ilə hədələsə də, Nişanə Bayramova onunla rəsmi nikahda olduğu arvadı S.Ələkbərovanın istifadəsində olan mobil telefona zəng edib və "iki il müddətində ər-arvad kimi yaşamaları və birgə uşaqları olması barədə” danışıb.

Bunu eşidən S.Ələkbərova evi tərk edib. Bundan əsəbləşən Əflatun Ələkbərov qisas almaq məqsədilə Nişanə Bayramovanın işlədiyi kafeyə gəlib və başına, sifətinə benzin tökərək alışqanla od vurduqdan sonra hadisə yerindən qaçıb.

N.Bayramova iş yoldaşları və digər şəxslər tərəfindən söndürülüb və xəstəxanaya yerləşdirilərək həyatı xilas edilib.

İstintaqa cəlb edilən Əflatun Ələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib. ("Report")


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...