Hindistan prezidenti hospitala yerləşdirildi

Dünya
18:33 / 26.03.2021
1717
Hindistanın prezidenti Ram Nath Kovind martın 26-da Nyu Dehlidə döş qəfəsində hiss etdiyi narahatlığa görə hospitala yerləşdirilib.
Sfera.az xəbər verir ki, məlumatı Hindistanın "PTİ" dövlət informasiya agentliyi yayıb.
"Hindistan prezidenti döş qəfəsində narahatlıq hiss etdikdən sonra "Research and Referral” hərbi hospitalına yerləşdirilib. O, adi yoxlamadan keçib, nəzarət altındadır. Prezidentin səhhəti sabitdir”, məlumatda bildirilib.
Hindistan prezidentinin sağlamlığı ilə bağlı başqa informasiya yayılmayıb.