Ermənistanda yoluxma sayı 187 mini ötdü

Dünya
11:55 / 25.03.2021
1051
Ermənistanda son sutka ərzində daha 1 257 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Sfera.az "Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 187 441 nəfərə çatıb.
Ermənistanda koronavirusdan bir gündə 14 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 3 416-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 871 nəfərdir. Aktiv xəstələrin sayı 13 427 nəfər təşkil edir.