Putin vahid əməkdaşlıq zonası yaratmağı təklif etdi

Putin vahid əməkdaşlıq zonası yaratmağı təklif etdi
Ukraynada baş verən hadisələrdən lazımi nəticələr çıxarılmalı, Atlantikdən Sakit okeana qədər iqtisadi və humanitar əməkdaşlıq zonasının yaradılmasına başlanılmalıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Yunanıstanın "Katimerini” qəzetində dərc edilmiş məqalədə deyib.
Dövlət başçısının sözlərinə görə, bu proses bərabər və bölünməz təhlükəsizliyə əsaslanmalıdır. Bununla yanaşı, bu yolda mühüm addım Avropa və Asiya inteqrasiya proseslərinin harmoniyası olmalıdır.  
Putin qeyd edib ki, Rusiya Avropa İttifaqı ilə: viza liberallaşmasından enerji alyansının yaradılmasına qədər geniş məsələlər dariəsi üzrə bərabərhüquqlu, əsl tərəfdaş dialoqunun yaradılması mövqeyindən çıxış edir.
"Amma belə qarşılıqlı, səmərəli və perspektivli yol ilə addımlamaq istəyini avropalı həmkarlarımızdan hələlik görmürük”, - o əlavə edib.
Bununla yanaşı Rusiya hesab edir ki, Avropa ilə münasibətlərdə həll edilməyən məsələ yoxdur.
"Çoxplanlı tərəfdaşlıq yoluna dönmək üçün yalnız "bir qapıya oynamaq” kimi məntiqdən əl çəkmək, işdə isə bir-birinin fikir və maraqlarını nəzərə almaq lazımdır”, - Putin vurğulayıb.

OXŞAR XƏBƏRLƏR

Füzulidə həkimin məktəbli oğlu kanalda batdı - FOTO

Füzuli rayonunda məktəbli kanalda batıb.   Sfera.az xəbər verir ki, hadisə rayonun Kərimbəyli kəndi ərazisindən keçən beton kanalda baş verib. &nb...

İran ABŞ-ni BMT-yə şikayət edəcək

Rəsmi Tehran İranın obyektlərinə ziyan vurduğuna görə Birləşmiş Ştatlara qarşı BMT-yə şikayət verməyə hazırlaşır. Sfera.az "Mehr"ə istinadən xə...

Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər başladı

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107 ili tamam olur.   Sfera.az xəbər verir ki, bu münasibətlə Bakının müxtəlif mərkəzi küçə və pr...

Bütün sosial ödənişlər verildi

İyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.   Bu barədə Sfera.az-a  Dövlət Sosial Müdafiə Fondundan mə...

Kamaləddin Qafarov: “Azərbaycan ordusu regional sülhün və təhlükəsizliyin əsas qarantıdır”

“Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ölkəmizin dövlət müstəqilliyinin bəyan olunmasından az müddət sonra- 1918-ci il iyunun 26-da milli hökumətin qəra...

Kəlbəcərdə yük avtomobili dərəyə aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili dərəyə aşıb, ölən var.   Sfera.az-ın məlumatına görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər ra...